“Sivri qulaqlar” karyeraya mane ola bilər - Plastik cərrahdan ŞOK AÇIQLAMA
Bizi izləyin

Maraq dünyası

“Sivri qulaqlar” karyeraya mane ola bilər - Plastik cərrahdan ŞOK AÇIQLAMA

“Sivri qulaqlar” karyeraya mane ola bilər - Plastik cərrahdan ŞOK AÇIQLAMA

Bəzi insanlarda nəzərə çarpan “sivri qulaqlar” onların rəhbər vəzifədə karyera qurmasına ciddi maneə yarada bilər.

Publika.az “Gazeta.Ru”ya istinadən xəbər verir ki, bunu plastik cərrah, kosmetoloq Yevgeni Makarov deyib.

Həkimin sözlərinə görə, Rusiyada qulaqların “sivri üslubda” formalaşdırılması geniş yayılmış estetik əməliyyatlar sırasında deyil. Bu cür müraciətlər olduqca nadir xarakter daşıyır və daha çox qısamüddətli trend hesab olunur.

Makarov bildirib ki, belə spesifik görünüş hətta rəhbər vəzifələrdə karyera qurmaq üçün ciddi maneəyə çevrilə bilər.

Cərrah estetik qulaq əməliyyatlarına münasibətdə ümumi tendensiyanın da dəyişdiyini vurğulayıb. Əvvəllər pasiyentlər əsasən qulaqların başdan çox aralı görünməsinin aradan qaldırılmasını istəyirdilərsə, indi daha təbii görünüşə üstünlük verilir.

“Bir çox insan qulaqla kəllə arasında yüngül, təbii bucağın qalmasını bəyənir. Bu, qulaqların başa həddindən artıq sıx yapışmasının qarşısını alır və klassik gözəllik anlayışı çərçivəsində daha yumşaq görünüş yaradır”, - deyə mütəxəssis qeyd edib.

Həkim 50 yaşdan yuxarı qadınlara qulaq nahiyəsinə filler inyeksiyalarının tətbiqini də tövsiyə edib. Onun sözlərinə görə, bu prosedur üzün daha gənc və təravətli görünməsinə kömək edə bilər.

Makarov izah edib ki, menopauza dövründə hormonal dəyişikliklər və dərialtı toxumanın azalması nəticəsində qulaq məmələri boşalaraq elastikliyini itirir. Bu nahiyəyə filler vurulması isə qulaq məmələrinin formasını yaxşılaşdırmaqla yanaşı, üzə daha təravətli görünüş verə bilər.

Onun sözlərinə görə, prosedur ətrafdakılar tərəfindən demək olar ki, hiss olunmur, lakin yaşlanma əleyhinə nəzərəçarpacaq effekt yaradır.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm