Maraq dünyası
İtləri gənə və birədən qorumağın ən təsirli yolu tapıldı
İtləri birə və gənə hücumundan qorumaq üçün istifadə olunan vasitələrin effektivliyi araşdırılıb.
Publika.az xəbər verir ki, beynəlxalq alimlər qrupu araşdırma nəticəsində ən təsirli qoruyucu vasitəni müəyyənləşdirib.
Tədqiqatın nəticələrinə görə, limon evkalipti yağı əsasında hazırlanan damcılar itləri birə və gənələrdən qorumaqda digər alternativ vasitələrdən daha effektivdir.
Alimlər təcrübəni Qərbi Afrikada yerləşən Malidə aparıblar. Müxtəlif qoruyucu vasitələrdən istifadə edilən və heç bir vasitə tətbiq olunmayan itlər müqayisə edilib.
Nəticədə səs dalğaları və elektromaqnit rezonans vasitəsilə parazitləri uzaqlaşdırdığı iddia edilən cihazların, kəhrəba yaxalıqların, bitki ekstraktları və efir yağları olan bəzi aksessuarların gözlənilən effekti vermədiyi müəyyənləşib. Bu vasitələrdən istifadə edən itlər də adi itlər qədər birə və gənə toplayıb.
Tədqiqatın müəlliflərindən biri, bioloq Roman Yakovlev bildirib ki, effektiv nəticə yalnız limon evkalipti yağı əsasında hazırlanan damcıların tətbiqi zamanı qeydə alınıb.
Onun sözlərinə görə, vasitə tətbiq edildikdən bir neçə gün sonra itlərin üzərindəki birə və gənələrin sayı demək olar ki, sıfıra enib. Effekt 3-6 kiloqram çəkisi olan kiçik, 6-15 kiloqramlıq orta və 15-30 kiloqramlıq iri itlərdə də müşahidə olunub.
Yakovlevin sözlərinə görə, qoruyucu təsir təxminən üç həftə davam edir.
Qeyd edək ki, araşdırmada Tümen Dövlət Universiteti və Ulyanovsk Dövlət Universitetinin mütəxəssisləri ilə yanaşı, Qvineya, Almaniya, Yunanıstan, Kanada, Litva, Mali və ABŞ-dan olan alimlər də iştirak edib.
Müəllif: Adəm
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
































