Maraq dünyası
Yer kürə şəklində deyil, düzdür - ŞOK İDDİA
Məşhur rusiyalı müğənni və bəstəkar Yuri Loza Yerin forması ilə bağlı qeyri-adi açıqlama verib.
Publika.az xəbər verir ki, o, bu barədə “Tsarqrad”a danışıb.
Lozanın sözlərinə görə, Yer düz formadadır və onun üzərində nəhəng günbəz yerləşir. Müğənni vaxtilə raket qoşunlarında xidmət etdiyini və raket buraxılışlarının Yerin düz olduğunu təsdiqlədiyini iddia edib.
O, insanların heç vaxt həmin günbəzin hüdudlarından kənara çıxmadığını da bildirib.
Yuri Loza Yerin kürə formasında olması ilə bağlı elmi yanaşmanı müdafiə edənləri isə “himayə olunan insanlar” adlandırıb. Onun fikrincə, alimlərin irəli sürdüyü nəzəriyyələr maliyyələşmədən asılıdır.
“Alimlərə kim pul verirsə, onlardan aldığı sifarişlə müəyyən nəzəriyyələr irəli sürür”, - deyə Loza bildirib.
Müğənninin versiyasına görə, Yerin mərkəzi isə Şimal qütbüdür.
Müəllif: Adəm
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
































