Maraq dünyası
Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...
Avqustun 12-13-də eyni vaxtda üç maraqlı astronomik hadisə baş verəcək.
Publika.az xəbər verir ki, bunu Ermənistan Hidrometeorologiya və Monitorinq Mərkəzinin direktoru Levon Azizyan bildirib.
Onun sözlərinə görə, hadisələrdən biri altı planetin paradıdır. Günəş doğmazdan əvvəl Yupiter, Merkuri, Mars, Uran, Saturn və Neptun ekliptika boyunca düzüləcək. Müşahidələrə günəş doğmazdan bir neçə saat əvvəl başlamaq tövsiyə olunur.
Digər hadisə tam Günəş tutulmasıdır. Avqustun 12-də Ay Yerlə Günəşin arasından keçərək Günəş diskinin qarşısını tamamilə kəsəcək. Tutulmanın maksimum mərhələsi İrəvan vaxtı ilə saat 21:47-də baş verəcək. Ermənistan isə nə tam, nə də qismən tutulma zonasına düşəcək.
Bundan başqa, avqustun 13-nə keçən gecə ilin ən gözəl meteor yağışlarından biri olan Perseidlərin maksimum aktivlik dövrü başlayacaq. Hava açıq olarsa, saatda bir neçə onlarla “axan ulduz” müşahidə etmək mümkün olacaq.
Azizyan bildirib ki, yeni Ay Perseidlərin müşahidəsi üçün xüsusilə əlverişli şərait yaradacaq. Ayın parlaq işığı meteorları görməyə mane olmayacaq.
Müəllif: Adəm
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
































