Maraq dünyası
500 illik sirr: Azərbaycanın bu kəndində evin tavanında görün nələr yazılıb - Video
Zaqatalanın Mamrux kəndi "Baku TV"nin “Kəndinə qayıt” verilişinin bu dəfəki mövzusu olub.
Publika.az xəbər verir ki, Zaqatala şəhərindən təxminən 14 kilometr məsafədə yerləşən Mamrux iki mindən çox əhalisi olan qədim yaşayış məntəqələrindən biridir.
Təbiəti, tarixi abidələri və özünəməxsus adət-ənənələri ilə seçilən kənddə sakinlərin əsas məşğuliyyət sahələrindən biri fındıqçılıqdır. Kəndin qədim tarixini göstərən əsas izlərdən biri burada aşkarlanan qəbirlərdir.
Sakinlərin sözlərinə görə, qazıntılar zamanı uzunluğu 210 santimetrə çatan qədim qəbirlər üzə çıxıb.
“Dişlərinin hamısı sap-sağlam idi, bir dənə də diş tökülməmişdi. Sümükləri ölçdük, xeyli uzun idi, indiki insanlardan böyük idi”, – deyə kənd sakinlərindən biri bildirib.
Mamruxda “Pompeylər məhəlləsi” də yerləşir.
Yerli sakinlər bu adın qədim Roma sərkərdəsi Qney Pompeyin bölgəyə yürüşü ilə bağlı olduğunu söyləyirlər. Kənddə Roma döyüşçülərinə aid olduğu ehtimal edilən ox və nizə ucluqlarının tapılması bu rəvayəti daha maraqlı edir. Lakin Pompey nəslinin burada yaşaması ilə bağlı dəqiq elmi sübut yoxdur. Kənddə 500 ildən çox yaşı olduğu bildirilən qədim Alban evi də qorunur.
Sakinlərin sözlərinə görə, bu tikili Alban memarlığından günümüzə qədər gəlib çatan nadir evlərdəndir. Evin tavanında ərəb qrafikası ilə yazıların olduğu da bildirilir. Şəxsi mülk olduğu üçün uzun illərdir bərpa olunmayan tikili hazırda dağılmaq təhlükəsi ilə üz-üzədir.
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
































