Boşanmanın ən dəli səbəbləri - “Ekstrasens bacıma söz verib ki...”
Bizi izləyin

Maraq dünyası

Boşanmanın ən dəli səbəbləri - “Ekstrasens bacıma söz verib ki...”

Boşanmanın ən dəli səbəbləri - “Ekstrasens bacıma söz verib ki...”

“Reddit” istifadəçiləri boşanma üçün ən ağlasığmaz səbəbləri sadalayıblar.

Publika.az xəbər verir ki, onların müzakirə etdiyi ən maraqlı əhvalatlar “Ask Reddit” forumunda təqdim olunub.

Ən çox səs toplayan rəylərdə, digər məsələlərlə yanaşı, bayker olmaq istədiyinə görə arvadından ayrılan kişi və ekstrasens məsləhəti ilə yeni ər axtarmağa qərar verən qadının tarixçəsindən bəhs olunur. Hadisələrin birində isə yeni evlənən cütlük elə toy günü baş verən cinayət səbəbindən boşanıb.

Toydan bir həftə sonra qadın ərinə onu artıq sevmədiyini bildirib. Bununla belə, o hesab edirmiş ki, toya layiqdir, buna görə də əvvəlcədən ərinə heç nə deməyib. Bir aydan sonra boşanma rəsmiləşdirilib (Thoge).

“Bacım və əri 10 ildən çox birlikdə yaşayıblar, onların bir yaş yarımlıq oğulları var idi. Koronavirus dövründə o, işsiz qaldı, günlərlə motosiklet sürür və müntəzəm olaraq yerli barda vaxt keçirirdi. Sonluq isə onun bayker dəstəsinə (“Cəhənnəm Mələkləri” kimi bir şey) qoşulması ilə bitdi. Bacım bir neçə ay onu ağla gətirməyə çalışdı və sonunda ultimatum qoydu: ya ailə, ya da baykerlər. O, baykerləri seçdi” (littlemountains).

“Ekstrasens bacıma həqiqi sevgisini tapacağını vəd etdi, o da bunu ərindən boşanmaq üçün bir işarə hesab etdi” (throwaway199299i1).

“Ərin anası (güman ki) arvadın anasına borclu idi. O isə bunu təkzib edirdi. Onlar əlbəyaxa davaya çıxdılar, nəticədə arvad öz anasının, ər isə öz anasının tərəfini tutdu. Elə həmin gün boşanmaq üçün müraciət etdilər” (76584329).

Dostum toydan sonra elə həmin axşam boşandı. Qonaqlar diqqət yetirdilər ki, gəlinin tost deməli olan iki əmisi oğlu (xalası oğlu) toya gəlməyiblər və zənglərə cavab vermirlər. Məlum oldu ki, onlar bəyin valideynlərinin evini (bəy də orada yaşayır və valideynlərinə qulluq edirdi) qarət etməyə gediblərmiş.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm