Maraq dünyası
120 yaşı var, evdə gəzən zaman yıxılıb qolunu sındırdı - FOTOLAR
Çeçenistanda yaşayan və Rusiyanın ən yaşlı sakini sayılan qadın xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə "Life" nəşri məlumat yayıb.
Qeyd edilib ki, 120 yaşı olan Yaxa Xaşaqova adlı qadın evdə gəzərkən yıxılıb. Xəstəxanada ona qol sümüyünün sınığı diaqnozu qoyulub. Həkimlər hazırda ona bütün lazımi yardımı göstərirlər.
Nəşr bildirib ki, yaşlı qadın daim nəzarətdə olub və onu həmişə yaxınlıqda olan yaxınları tez-tez ziyarət edirmiş.
Yaxa 1905-ci ildə Alxazurovo kəndində anadan olub və hazırda Qroznıda yaşayır. Onun altı övladı, 20 nəvəsi və 48 nəticəsi var. Hazırda o, Rusiyanın ən yaşlı insanı hesab olunur. Xaşaqovanın tezliklə 121 yaşı tamam olacaq. Lakin onun yaşı beynəlxalq Gerontologiya Tədqiqat Qrupu (GRG) tərəfindən təsdiqlənməyib, buna görə də o, dünyanın ən yaşlı insanı kimi tanınmır.
Müəllif: Tural
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































