Maraq dünyası
Bəşəriyyət Aya və Marsa köçəcək - Yeni nəsil bunu görəcək
“Roskosmos”un rəhbəri Dmitri Bakanov ilk müntəzəm Ay və Mars missiyalarının indiki nəslin şahidi olacağını bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə jurnalist Aleksandr Yunaşevin "Yunaşev LIVE" "Telegram" kanalına müsahibəsində danışıb.
Bakanovun sözlərinə görə, Yer kürəsində genişmiqyaslı təbii fəlakətlər baş verərsə, bəşəriyyətin başqa səma cisimlərində koloniyalar yaratmaqla alternativ yaşayış məkanı olmalıdır.
“Roskosmos” rəhbəri Ayın, daha sonra isə Marsın kolonizasiyasının qaçılmaz proses olduğunu deyib. Onun fikrincə, əsas məsələ bu missiyalar üçün tələb olunan texnologiyaların nə qədər sürətlə inkişaf etdiriləcəyidir.
“Düşünürəm ki, bizim nəsil artıq ilk missiyaların şahidi olacaq. Bu missiyalarda təkcə bir insan istisna qaydada deyil, müəyyən infrastrukturla birlikdə Ayda, hətta digər səma cisimlərində insanlar olacaq”, - deyə Bakanov bildirib.
Qeyd edək ki, 2025-ci ildə Çin və Rusiya beynəlxalq Ay stansiyasının yaradılması ilə bağlı birgə planlarını açıqlayıb. ABŞ-ın NASA agentliyi isə “Artemis” proqramı çərçivəsində Aya insanlı uçuşlar hazırlayır. İlk belə missiyanın 2027-ci ildə həyata keçirilməsi planlaşdırılır.
Mütəxəssislərin qiymətləndirməsinə görə, Ayda daimi yaşayış bazasının yaradılması üçün 10-15 il lazım gələ bilər. Marsa ilk insanlı ekspedisiyaların isə ən yaxşı halda 2040-cı illərdən tez baş verməsi gözlənilmir.
Bu layihələrin reallaşdırılması nüvə mühərrikləri, həyat təminatı və radiasiyadan müdafiə sistemləri də daxil olmaqla, böyük maliyyə vəsaiti və yeni texnologiyalar tələb edir.
Müəllif: Adəm
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...
-
ABŞ07:30ABŞ İsrailə 20 min ədəd ağır bomba satacaq



















.jpg)

















.jpg)


