Maraq dünyası
İtlər sahibinin göz qırpmasını təkrarlayırmış - Alimlər səbəbini açıqladı
İtlərin insanlarla ünsiyyəti ilə bağlı aparılan yeni araşdırma maraqlı nəticə ortaya çıxarıb. Məlum olub ki, itlər xüsusilə sahiblərinin göz qırpmasını gördükdə daha çox gözlərini qırpırlar.
Publika.az xəbər verir ki, Parma Universitetinin alimləri 35 müxtəlif cinsdən olan itin davranışını araşdırıblar. Tədqiqat zamanı itlərə 40 saniyəlik videolar göstərilib. Videolarda növbə ilə itin sahibi və iki yad insan yer alıb. Bir videoda insanlar hər üç saniyədən bir gözlərini qırpıb, digərində isə kameraya baxaraq gözlərini qırpmayıblar.
Nəticələr göstərib ki, itlər insanların göz qırpmasını gördükdə daha çox gözlərini qırpırlar. Lakin bu reaksiya əsasən sahiblərinə münasibətdə müşahidə olunub, yad insanlara qarşı eyni hal qeydə alınmayıb.
Alimlərin fikrincə, bu, itlərin qarşı tərəfin sosial əhəmiyyətini nəzərə aldığını göstərə bilər. Göz qırpması normalda gözləri qorumaq və nəmləndirmək üçün avtomatik baş verən proses olsa da, onun insanlar və itlər arasındakı qarşılıqlı əlaqədə sosial əhəmiyyət qazana biləcəyi ehtimal edilir.
Tədqiqatın müəllifi Kyaara Kanori vurğulayıb ki, bu nəticələr itin hər göz qırpmasının konkret mesaj daşıdığını sübut etmir. Sadəcə, itlərin insan üzündəki çox incə siqnallara, o cümlədən göz qırpmasına həssas olduğu və davranışlarının ünsiyyətdə olduqları şəxsdən asılı olaraq dəyişə bildiyi müəyyənləşdirilib.
Mütəxəssislər bildiriblər ki, gələcək araşdırmalarda insanların da itlərlə ünsiyyət zamanı göz qırpma tezliyinin dəyişib-dəyişmədiyini öyrənmək maraqlı olardı.
Müəllif: Adəm
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































