Maraq dünyası
Milyonçu uğurlu evliliyin sirlərini açıqladı - “Gecə saat 1-də...”
Amerikalı iş adamı Ceyms Duli nikahı qoruyub saxlamağa kömək edən bir neçə qeyri-adi qaydanı açıqlayıb.
Publika.az xəbər verir ki, onun sözlərindən “Metro” nəşri sitat gətirib.
Duli bildirib ki, Kerri adlı qadınla artıq 16 ildir evlidir. Cütlük birlikdə beş yaşından kiçik üç uşaq böyüdür.
İş adamı uğurlu nikahın ilk sirri kimi iş günü ərzində bir-biri ilə danışmamalarını göstərib.
“Mən işləyəndə çox diqqətli oluram və ciddi bir hadisə baş verməyibsə, diqqətimi yayındırmalarını istəmirəm”, - deyə o izah edib.
Həmçinin multimilyonçu həyat yoldaşlarına hədiyyə verməməyi tövsiyə edib. Onun sözlərinə görə, qayğı göstərmək və birlikdə keçirilən vaxt istənilən maddi əşyadan daha dəyərlidir.
Kişi əlavə edib ki, ümumiyyətlə, ailədə pul barədə danışmamağa çalışır. O, ərköyün uşaqlar böyütməkdən ehtiyat edir.
“Mən onlara istiqamət verəcəyəm və lazımi qapıları açmağa çalışacağam, amma hər şeyi özləri qazanmalı olacaqlar”, - deyə o bildirib.
Duli xoşbəxt nikahın üçüncü qaydası kimi şəxsi ritmləri anlamağı göstərib. İş adamı izah edib ki, gecə saat 1-də yuxudan oyanıb işləməyə gedə bilər. Həyat yoldaşı isə buna sakit yanaşır.
Hüseyn İbadlı
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































