Maraq dünyası
Qızıl dəridə niyə qara izlər buraxır? - Saxtakarlıqdan, sehrli təsirdən...
Çox vaxt insanlar sevimli qızıl üzük və ya qolbaqlarının altında dəridə tünd, hətta bəzən qara zolaqlar gördükdə təşvişə düşür, saxtakarlıqdan, orqanizmdəki problemlərdən və ya hətta sehrli təsirdən şübhələnməyə başlayırlar. Lakin əksər hallarda bunun səbəbi mexaniki sürtünmə, metalın oksidləşməsi və dərinin fərdi reaksiyası ilə bağlıdır.
Publika.az xəbər verir ki, bu barədə Qazeta.ru-ya RTU MİREA-nın A. N. Reformatski adına qeyri-üzvi kimya kafedrasının dosenti Andrey Doroxov bildirib.
“Ən yayğın səbəb mexaniki sürtünmədir. Məsələ burasındadır ki, kosmetik vasitələr, məsələn, kremlər, pudra və ya günəşdən qoruyucu losyonların tərkibində sink oksid və ya titan dioksid kimi maddələrin kiçik bərk zərrəcikləri olur. Bu zərrəciklər xırda cilalama kağızı kimi təsir göstərir. Bəzək əşyası ilə davamlı təmasda olarkən onlar onun səthindən həm qiymətli metalın özünün, həm də liqatura (qatışıq) metallarının ən kiçik zərrəciklərini sürtüb çıxarırlar. Bu zərrəciklər nəm və ya yağlı dəriyə çökür və işığı əks etdirmək üçün həddindən artıq kiçik olduqlarından tünd və ya qara zolaqlar kimi görünürlər”, - deyə kimyaçı izah edib.
İkinci mühüm səbəb isə kimyəvi korroziya və oksidləşmədir. Təmiz qızıl son dərəcə inert metaldır, lakin zərgərlik məmulatları demək olar ki, heç vaxt təmiz 999 əyarlı qızıldan hazırlanmır, çünki o, həddindən artıq yumşaqdır. Möhkəmlik və lazımi çalarları əldə etmək üçün ərintiyə digər metallar əlavə edilir: mis, gümüş, nikel, sink. Məhz bu liqatura metalları reaksiyaya daxil olur.
“İnsan dərisi tər ifraz edir ki, bunun da tərkibində duzlar və yağ turşuları var, onun turşu-qələvi balansı isə fərdidir və pəhrizdən, stresdən və ya hormonal dəyişikliklərdən asılı olaraq dəyişə bilər. Tərin tərkibindəki duzlar və turşular ərintidəki mislə reaksiyaya girərək onun oksidləşməsinə səbəb olur. Beləliklə, dəridə yalnız qara deyil, həm də tünd-yaşıl iz görünə bilər. İstisna dərəcədə nadir hallarda tündləşmə üçüncü səbəblə bağlı ola bilər: dərinin liqatura metallarına, məsələn, ağ qızıl ərintisinin tərkibində ola bilən nikelə fərdi reaksiyası”, - deyə kimyaçı qeyd edib.
Problemi aradan qaldırmaq üçün onun səbəbini bilmək kifayətdir. Bəzək əşyasını təmizləmək, krem çəkərkən və ya intensiv fiziki gərginlik zamanı onu müvəqqəti çıxarmaq, həmçinin dərinin bəzək əşyası ilə təmasda olan hissələrini kosmetika qalıqlarından və dəri piyindən müntəzəm təmizləmək olar. Problem davam edərsə, arzuolunmaz qatışıqları olan ərintini istisna etmək üçün zərgərə və ya emalatxanaya müraciət etməyə dəyər.
Hüseyn İbadlı
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş veri
-
Dünya02:42"Lətifə" iti üçün məhkəmədə il yarım mübarizə apardı
-
Magazin101:11Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı
-
İdman00:45“Bəlkə, cahillik edib rəqəm seçirik” - Video




































.jpg)
.jpg)

