Maraq dünyası
Ayağında qıfıl, boynunda oraq - “Vampir qız”ın sirli məzarı tapıldı
Polşada XVII əsrə aid qeyri-adi məzarlıq tapılıb. Arxeoloqlar burada dəfn olunan gənc qızın ayağında qıfıl, boynunun üzərində isə oraq aşkar ediblər.
Publika.az xəbər verir ki, Rusiyanın Slavyanşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Vladimir Petruşin “vampir qız” kimi təqdim edilən gəncin dəfni ilə bağlı tapıntını şərh edib.
Elmi araşdırmanın nəticələrinə görə, XVII əsrə aid gənc qızın qeyri-adi dəfni 2022-ci ildə Polşanın Pən kəndi yaxınlığındakı qəbiristanlıqda aşkar edilib. Lakin bununla bağlı araşdırma yalnız 2026-cı ildə “ScienceDirect” portalında dərc olunub.
Qəbiristanlıq tikinti işlərinə hazırlıq zamanı təsadüfən aşkarlanıb. Məzarlıq heç bir xəritədə və digər mənbələrdə qeyd edilməyib. Bundan başqa, qəbiristanlıq təpənin yamacında, yolayrıcının yaxınlığında - müqəddəsləşdirilməmiş ərazidə yerləşib.
Tarixçi bildirib ki, həmin dövrlərdə bu cür yerlərdə adətən bidətçilər, yad şəxslər, avaralar, faciəli şəkildə ölənlər, suda boğulanlar, doğuş zamanı həyatını itirən qadınlar, həmçinin yetim və vəftiz olunmamış uşaqlar dəfn edilirdi.
Alimlərin diqqətini cəlb edən qəbirdə gənc qızın qalıqları tapılıb. Onun ayağında qıfıl, boynunun üstündə isə oraq olub. Bu cür “qeyri-adi dəfn” mərasimi yerli sakinlərin qızı vampir hesab etdiyini göstərə bilər.
Vladimir Petruşinin sözlərinə görə, həmin dövrün inanclarına əsasən, zorakı ölüm nəticəsində həyatını itirən və ya “ömrünü başa vurmayan” hər kəsin vampirə çevrilə biləcəyinə inanılırdı.
“Qəbirdən çıxaraq geri dönə biləcək ölünün qarşısını almaq üçün iti dəmir əşyalardan istifadə edilirdi. Oraq və xüsusilə qıfıl onun hərəkət etmək qabiliyyətini "bağlayan" vasitə hesab olunurdu. Polşadakı bu dəfn potensial təhlükəli sayılan ölünün zərərsizləşdirilməsinə yönəlmiş əşyaların bir yerdə tapılması baxımından həqiqətən unikaldır”, - alim deyib.
Müəllif: Adəm
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































