Maraq dünyası
Dərhal yuxuya gedən insanlar sirləri açdılar
Tez yuxuya getməyi bacaran şəxslər bunun öhdəsindən necə gəldiklərini “Reddit” şəbəkəsində danışıblar.
Publika.az xəbər verir ki, onlar öz sirrlərini “AskReddit” bölməsində bölüşüblər.
Anında yuxuya getməyi bacaran bəzi şəxslər etiraf ediblər ki, yatağa uzandıqda beynində özlərinə tanış olan ssenariləri - məsələn, məşhur filmlərin süjetlərini və ya kimsəsiz adada həyat barədə xəyalları canlandırırlar.
“Mən xəyalən “Gözəl və bədheybət” filmini izləyirəm. Uşaqlıqda onu sayısız-hesabsız dəfələrlə izləmişəm, buna görə də sadəcə səhnələri beynimdə ardıcıllıqla fırladıram. İndi vitrajlı ilkin tarixçədən o tərəfə nadir hallarda keçə bilirəm”, - deyə “groundhogthyme” təxəllüslü “Reddit” istifadəçisi qeyd edib.
Digərləri isə şiddətli yorğunluq səbəbindən çox tez yuxuya getdiklərini etiraf ediblər.
“Artıq 19 ildir ki, həftənin 7 günü, günün 24 saatı baxıcı işləyirəm. Sevimli həyat yoldaşıma qulluq edirəm. 77 yaşım var, ona görə də nəhayət yuxu vaxtı çatanda çox yorğun oluram”, - deyə “BlueWidgeon1024” təxəllüslü istifadəçi yazıb.
Başqa bir istifadəçi isə çarpayıda smartfondan istifadə etməkdən imtina etməyin ona daha tez yuxuya getməyə kömək etdiyini vurğulayıb.
“Əgər çarpayıda uzanıb bir saat sosial şəbəkələri vərəqləyirsinizsə, deməli, sizdə yatağa uzanmaq istəyi məhz bir saat sosial şəbəkələri vərəqləməklə assosiasiya olunacaq. Çarpayı ilə yuxuya getməyi assosiasiya etmək lazımdır. Yatmazdan əvvəl telefonda vaxt keçirmək istəyirsinizsə, bunu divanda edin, yuxuya getmək istədikdə isə yatağa uzanın”, - deyə “Cerberus_Aus” təxəllüslü istifadəçi bildirib.
Hüseyn İbadlı
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
-
MDB09:38Rusiyadan maraqlı gediş - Kanalizasiyanı vurdular
-
Sosial09:27Romantikadan sonrakı reallıq: Əcnəbilərlə qurulan ailələr niyə dağılır?
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz












.jpg)
.jpg)














.jpg)






.jpg)



