Maraq dünyası
Nepalda daha bir möcüzə: 10 gün sonra dağıntılar altından sağ çıxdı - VİDEO
Nepalda baş vermiş dəhşətli daşqınlardan xeyli sonra bir qadın xilas edilib.
Publika.az xəbər verir ki, bu barədə "Katmandu Post" Nepal Polisinə istinadən məlumat yayıb. Qeyd edilib ki, qadın bir həftədən çox dağıntılar altında sağ qala bilib.
"Nuvakot əyalətinin Betravati şəhərindəki dağıntılar altında qalan və dördmərtəbəli binanın son mərtəbəsində yaşayan 64 yaşlı bir qadın 10 gündən sonra xilas edilib",- məqalədə yazılıb.
O, tibbi müayinə və müalicə üçün Nepal hərbi bazasına helikopterlə çatdırılıb. Yazıda qeyd olunub ki, yaşlı qadın helikopterlə aparılan zamanı huşsuz vəziyyətdə olub.
Xatırladaq ki, bundan öncə 6 yaşlı qız 3 gün dağıntılar altında sağ qala bilmişdi. Bundan başqa, xilasedicilər dağıdıcı daşqından sonra doqquz gün yer altında salamat qalmış iki fəhləni xilas edə bilmişdilər. Onlar "Trishuli 3A" su elektrik stansiyasındakı palçıq və dağıntılarla dolu tuneldə ilişib qalmışdılar.
Müəllif: Tural
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
-
MDB09:38Rusiyadan maraqlı gediş - Kanalizasiyanı vurdular
-
Sosial09:27Romantikadan sonrakı reallıq: Əcnəbilərlə qurulan ailələr niyə dağılır?
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz


















.jpg)
.jpg)








.jpg)






.jpg)



