Maraq dünyası
Rusiya prezidentinin qarşısına pələng çıxdı - ŞOK KADRLAR
Rusiya prezidenti Vladimir Putinin ölkənin şərq bölgəsinə səfəri zamanı pələnglə qarşılaşmasını əks etdirən görüntülər yayılıb. Video tayqada çəkilib.
Publika.az xəbər verir ki, ekskluziv görüntüləri "Rossiya" telekanalının jurnalisti Pavel Zarubin özünün "Telegram" kanalında paylaşıb.
Video avtomobildə Putinin təhlükəsizlik xidmətinin əməkdaşı tərəfindən lentə alınıb. Görüntülərdə pələngin meşədən yola çıxması əks olunub. Pələng Rusiya liderinin olduğu maşının qarşısında bir neçə saniyə gəzdikdən sonra yoxa çıxıb.
Qeyd edək ki, Putin Şərq İqtisadi Forumunun (VEF) plenar iclasında çıxışı zamanı da bu haqda danışmışdı. Rusiya dövlət başçısının sözlərinə görə, o, pələnglə Primorsk diyarının qubernatoru Oleq Kojemyakanın təşkil etdiyi tayqa səfəri zamanı qarşılaşıbmış.
Müəllif: Tural
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR







































