Maraq dünyası
Maskın qarşısı alınmasa, fəlakət olacaq - Keçmiş sevgilisi elə şeylər danışdı ki...
İlon Musk sosial şəbəkəsi "X"-dən cəmiyyətdə "qəsdən bölünmə" yaratmaq üçün istifadə edir və platforma tənzimlənməsə, bunun nəticələri fəlakətli ola bilər.
Publika.az "The Guardian" qəzetinə istinadən xəbər verir ki, bunu milyarderin keçmiş sevgilisi və rəsmi olaraq təsdiqlənmiş 14 övladından birinin anası Eşli Sent-Kler bildirib.
Sent-Kler bu fikirləri Venesiya Film Festivalında rejissor Aleks Gibninin Mask haqqında çəkdiyi “Musk” sənədli filminin premyerasında səsləndirib.
Onun sözlərinə görə, Mask vaxtilə ona niyə uşaq sahibi olmaq istədiyini izah edən mesaj yazıb. Milyarderin arqumenti isə gözlənilməz olub. O, Maskın guya ona “vətəndaş müharibəsinə qədər uşaqlar legionu”na sahib olmağı, bunun vacib olduğunu dediyini bildirib.
Qeyd edək ki, Sent-Kler və Maskın 2024-cü ildə oğlu dünyaya gəlib. Lakin onlar sonradan ayrılıb.
Susmağı üçün 40 milyon dollar təklif ediblər
Sent-Kler iddia edib ki, Maskın nümayəndələri ona açıqlama verməməsi müqabilində 40 milyon dollar birdəfəlik ödəniş və aylıq 100 min dollar təklif ediblər. O, məxfilik müqaviləsini imzalamaqdan imtina etdikdən sonra bu təklifin geri götürüldüyünü deyib.
“Mənə susmağım üçün 40 milyon dollar təklif etdilər”, - deyə Sent-Kler bildirib.
Keçmiş sevgilisi Maskın əsas problemlərindən birinin həqiqətə münasibət formasında olduğunu deyib:
“Onun insanlarla münasibətləri mürəkkəbdir, amma ən mürəkkəb münasibəti həqiqətlədir”.
“X"də baş verənləri görməzdən gəlmək olmaz
Sent-Kler bildirib ki, Maskın “X” platformasındakı fəaliyyəti artıq internetdən kənarda da real nəticələr doğurur.
“X-də baş verənləri görməzdən gəlmək olmaz, çünki o, real dünyada mövcud olmayan alovu körükləyir”, - deyə o bildirib.
Keçmiş MAGA ("Make America Great Again" - Amerikanı Yenidən Möhtəşəm Et) tərəfdarı hesab edir ki, Mask cəmiyyətdə qəsdən parçalanma yaradır və bunun qarşısı alınmasa, nəticələr fəlakətli ola bilər.
“Hesab edirəm ki, o, qəsdən parçalanmanı təhrik edir. Bu, tənzimlənməsə və dayandırılmasa, yaxud biz bunun qarşısını almaq üçün əlimizdən gələni etməsək, fəlakətli nəticələrə səbəb ola bilər”, - Sent-Kler vurğulayıb.
Rejissor Maskın uşaqlığına diqqət çəkdi
Filmin rejissoru Aleks Gibni isə Maskın sivilizasiyanın süqutu mövzusuna olan marağının onun Cənubi Afrikadakı uşaqlığı ilə bağlı ola biləcəyini deyib. Onun sözlərinə görə, Maskın uşaqlığı ağır və travmatik keçib və milyarder həmin travmanı müəyyən mənada cəmiyyətə daşıyır.
Üç il ərzində hazırlanan dörd saatlıq sənədli film Maskın gənc texnologiya sahibkarından raket və elektromobil biznesinə qədər yüksəlişini, daha sonra isə MAGA tərəfdarına çevrilməsini araşdırır.
Gibni filminin sadəcə texnologiya sahibkarının uğur hekayəsi olmadığını bildirib. Rejissor Maskın sərvət və hakimiyyətinin şirkət səhmlərinin dəyərinin şişirdilməsi ilə bağlı olduğunu iddia edib.
Müəllif: Adəm
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
































