Maraq dünyası
Böyük bədbəxtlik gətirən sərvət - Psixoloq qorxulu sindromun fəsadlarından danışdı
Süni intellekt sahəsində əməkhaqlarının partlayışlı artımı fonunda bu sənayenin sürətlə varlanan nümayəndələri getdikcə daha çox qəfil sərvət sindromu adlandırılan hal ilə üzləşirlər.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi psixoloqlara istinadla yazır.
Nəşr qeyd edir ki, biznesini satdıqdan sonra gözlənilmədən varlanmış sahibkarların ətrafında kəskin zənginləşmənin nəticələrinin öhdəsindən gəlməyə kömək edən bütöv bir məsləhətçilər sənayesi formalaşır.
Materialın qəhrəmanlarından biri - şirkətini birtəfəlik ödənişlə doqquzrəqəmli məbləğə satan proqram təminatı startapının təsisçisi Anastasiya Korolyova gözlənilən rahat həyat əvəzinə illərlə davam edən həyəcan və ağrılı boşanma ilə üzləşib.
“Hər şey gözlədiyimizdən tamamilə fərqli çıxdı və bu, mənim üçün əsl şok oldu. Yeni reallığa çox çətin adaptasiya dövründən keçməli oldum”, - deyə o bölüşüb.
Oxşar hekayələri digər nəşrlər də yayımlayırlar. Belə ki, britaniyalı sahibkar Endryu Halbert “Pareto Facilities Management” şirkətini on milyonlarla funt sterlinqə satdıqdan sonra “The Times” qəzetinə etiraf etmişdi ki, kəskin zənginləşmə sevinc deyil, onun üçün günahkarlıq hissi və həyəcanla nəticələnib; sövdələşmədən dərhal sonra aldığı idman avtomobilini o, sonradan zərərlə satıb.
Oxşar effekti “Quartz” da təsvir edir: “SpaceX”, “OpenAI” və “Anthropic”in gözlənilən İPO-ları fonunda texnoloji şirkətlərin təqribən 12 min əməkdaşı multimilyonçu ola bilər.
Hüseyn İbadlı
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI





































