Maraq dünyası
Yataraq 2 milyon qazanacaqlar
"Yatmaqla pul qazanmaq" ideyası Yaponiyada reallığa çevrilir. Tokioda keçiriləcək qeyri-adi yarışmada iştirakçılar 90 dəqiqə ərzində ən yüksək keyfiyyətli yuxuya getmək uğrunda mübarizə aparacaqlar.
Publika.az xəbər verir ki, "Mattrace by Koala" adlı tədbirin qalibinə 2 milyon 220 min yen, yəni təxminən 14500 dollar (təxminıən 25 min manat) mükafat veriləcək.
Yarış zamanı iştirakçıların yuxu dərinliyi, keyfiyyəti, yuxuya getmə müddəti və yuxunun ardıcıllığı xüsusi cihazlarla ölçüləcək. Məlumatların həkimlərin nəzarəti altında qiymətləndiriləcəyi və hər iştirakçı üçün fərdi "yuxu balı" hesablanacağı bildirilib.
Lakin yarış iştirakçıları üçün sadəcə yatmaq kifayət etməyəcək. Tədbirdən əvvəl onlara "yuxu məşqləri" keçiriləcək, həmçinin yuxu keyfiyyətinə təsir göstərə biləcək müxtəlif məhsullar təsadüfi şəkildə paylanacaq.
Əsas sınaq isə yarış zamanı keçiriləcək. İştirakçılar yatarkən təşkilatçılar müxtəlif yayındırıcı müdaxilələr və gözlənilməz hadisələr təşkil edəcəklər. Bununla onların diqqəti yayındıran amillərə baxmayaraq, keyfiyyətli yuxunu qoruyub saxlaya bilmələri yoxlanılacaq.
Yarış üç mərhələdən ibarət olacaq və hər mərhələdə təxminən 20 nəfər iştirak edəcək. Bütün iştirakçılar arasında ən yüksək "yuxu balı" toplayan şəxs əsas mükafatı qazanacaq. Bundan əlavə, ən dərin və ən qeyri-adi yatan iştirakçılar üçün də xüsusi mükafatlar nəzərdə tutulub.
Yarışma 5 oktyabr 2026-cı ildə Tokionun Minato rayonunda keçiriləcək. Tədbirin saat 12:00-dan 20:00-dək davam etməsi planlaşdırılır. İştirak pulsuz olacaq və iştirakçılar müraciətlər arasından seçiləcək.
Yarışda yalnız 20 yaşdan yuxarı şəxslər iştirak edə biləcəklər. Qalib gəlmək məqsədilə əvvəlcədən gec saatlara qədər oyaq qalmaq və ya həddindən artıq yuxusuz vəziyyətdə yarışa qatılmaq qadağandır. Yuxu həblərindən və digər yuxu vasitələrindən istifadə də yolverilməzdir. (Qafqazinfo)
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
































