Maraq dünyası
Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı
Alimlər “Ceyms Uebb” kosmik teleskopunun köməyi ilə Süd Yolunun mərkəzində yerləşən superkütləli qara dəliyin yaxınlığında su və oksigenlə zəngin toz aşkar ediblər.
Publika.az xəbər verir ki, bu barədə “Space” portalı məlumat yayıb.
Kəşf Almaniyanın Köln Universitetinin astronomları tərəfindən “Oxatan A*” adlı superkütləli qara dəliyin yaxınlığında yerləşən IRS 3 ulduzunun tədqiqi zamanı edilib.
Həyat dövrünün son mərhələsində olan IRS 3 ulduzu tədricən soyuyur və genişlənir. Ulduz bu proses zamanı qaz və tozdan ibarət xarici təbəqəsini kosmosa buraxır. IRS 3 “Oxatan A*” qara dəliyindən bir işıq ilindən də az məsafədə yerləşir. Müqayisə üçün, Yer həmin qara dəlikdən təxminən 26 min işıq ili uzaqdadır.
Astronomlar “Ceyms Uebb”in infraqırmızı cihazı vasitəsilə ulduzu əhatə edən qaz və toz təbəqəsini araşdırarkən burada ilk dəfə su molekullarının mövcudluğunu müəyyən ediblər.
Bu nəticə alimlər üçün gözlənilməz olub. Əvvəllər hesab edilirdi ki, qara dəliyin yaxınlığındakı güclü şüalanma və nəhəng cazibə qüvvəsi ulduzun kosmosa buraxdığı qaz və tozdakı molekulları məhv edir.
Yeni müşahidələr isə su molekulları və tozun Süd Yolunun mərkəzindəki bu ekstremal şəraitdə belə mövcudluğunu qoruyub saxlaya bildiyini göstərir.
Alimlərin fikrincə, əldə olunan nəticələr qalaktikanın mərkəzində kimyəvi birləşmələrin necə formalaşdığını və ulduzların ekstremal mühitdə necə davrandığını daha yaxşı anlamağa kömək edə bilər.
Tədqiqatçılar “Oxatan A*”nın ətrafındakı bölgəni müşahidə etməyə davam etməyi planlaşdırırlar. Onlar “Ceyms Uebb”in yüksək dəqiqlikli müşahidələrinin bu ərazidəki ulduzların təkamülü və mürəkkəb molekulların mövcudluğu haqqında yeni məlumatlar verəcəyini gözləyirlər.
Ləman
-
Avropa10:13Müharibə həyəcanı Baltikyanı ölkələrə çatdı: Əhaliyə "Sığınacaqlara girin" əmri verildi!
-
Avropa09:55Hava limanında müəmmalı insident: Uçuşlar dayandırıldı, polis axtarışlara başladı - FOTO
-
Sağlamlıq09:37Başqalarının "uğur vitrini": Sosial şəbəkələr özünəinamı necə sarsıdır?
-
Hadisə09:19Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
-
Avropa08:48NATO Ukraynada vəziyyəti sabitləşdirmək üçün imitasiya edir - 1500 hərbçi...
-
Avropa07:30Parisdə iğtişaşçılar polis bölməsinə hücum etdilər
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16“Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO



































