Maraq dünyası
Melaniya Trampın davranışı gündəm oldu: Gözünü ondan çəkə bilmədi - FOTO
ABŞ-ın birinci xanımı Melaniya Tramp Çin sədri Si Cinpinin xanımı Pen Liyuanla görüşü zamanı davranışları ilə diqqət çəkib. Bədən dili üzrə ekspert onun görüş ərzində çinli qonağın hərəkət və pozalarını təkrarladığını müşahidə edib.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Melaniya Tramp Pen Liyuanla birlikdə Vaşinqtondakı Smitson İnstitutunun Milli Asiya İncəsənəti Muzeyini ziyarət edib. Görüş Si Cinpinin Ağ Evə səfərindən sonra baş tutub və Çin liderinin ABŞ-a səfəri çərçivəsində mədəni proqramın bir hissəsi olub.

Qadınlar Çin incəsənətinin nümunələrinin, o cümlədən Tsin sülaləsi dövrünə aid çini kolleksiyasının nümayiş olunduğu “Pavilyon otağı”na baxıblar. Onlar həmçinin muzeyin kuratorları ilə görüşüblər.
Melaniya görüş üçün qara rəngdə ciddi üslublu Alexander McQueen kostyumu seçib və görünüşünü Christian Louboutin ayaqqabıları ilə tamamlayıb. Pen Liyuan isə tünd-göy rəngli, dik yaxalı çipao geyinib və üzərində gül formasında gümüş broş olub.

Lakin ekspertin diqqətini daha çox qadınların geyimindən deyil, Melaniyanın davranışından çəkib.
“Daily Mail”in bədən dili üzrə eksperti Cudi Ceyms Melaniyanın Pen Liyuanın hərəkətlərini təkrarlamasının diqqətçəkən detal olduğunu bildirib. Onun müşahidələrinə görə, qadınlar muzeydə gəzərkən və dayanarkən bir neçə dəfə demək olar ki, eyni pozaları alıblar.

“Melaniyanın Penin hərəkətlərini təkrarlamaq istəyi hörmətdən xəbər verir. Hətta onun qarşısında bir qədər heyranlıq hiss etdiyi də görünə bilər”, - ekspert deyib.
Ceyms bu təəssüratın Pen Liyuanın tanınmış sima olması ilə də bağlı ola biləcəyini qeyd edib. Pen Çində məşhur opera müğənnisi kimi tanınır və Çin Xalq Azadlıq Ordusunun general-mayoru rütbəsinə malikdir.
Görüş isə isti və səmimi atmosferdə keçib. Peşəkar müğənni olan Pen Liyuan yerli Çin məktəbinin uşaq xorunun çıxışına qoşulub. Melaniya Tramp qonağına gülümsəyib, hər mahnıdan sonra alqışlayıb və çıxışlardan birində “Bravo!” deyə səslənib.

Çıxışdan sonra iki birinci xanım uşaqlarla birlikdə foto çəkdirib. Xorda 36 məktəbli iştirak edib. Uşaqlar “Yasəmən çiçəyi” və “Mahnılar və təbəssümlər” mahnılarını ifa ediblər.
Melaniya Tramp və Pen Liyuan bir neçə ildir tanışdırlar. Onlar ilk dəfə 2017-ci ilin aprelində görüşüblər. Həmin ilin noyabrında Melaniya həyat yoldaşını Pekinə dövlət səfəri zamanı müşayiət edib. Cütlük səfər çərçivəsində Qadağan olunmuş şəhəri və məktəblərdən birini ziyarət edib.

Bu dəfə isə kameralar görüşün hər detalını, qadınların təmkinli davranışından tutmuş diqqətlə seçdikləri geyimlərə qədər izləyib. Xüsusilə Melaniya Tramp və Pen Liyuanın hərəkətlərindəki sinxronluq bədən dili ekspertinin diqqətindən yayınmayıb.
Müəllif: Adəm
-
Hadisə14:38Bakıda anbarda güclü yanğın başladı - VİDEO
-
Rəsmi xronika12:10Prezident ad günü münasibətilə Kobaxidzeni təbrik etdi
-
Rəsmi xronika12:00Prezident forum iştirakçılarına müraciət etdi - YENİLƏNDİ
-
Dünya11:48Yaponiya fəlakətə belə hazırlaşır
-
Sosial11:18Hərbçilərə şad xəbər: Maaşları bu qədər artırılacaq
-
İdman10:42Dünyanın ən seksual qolfçusu bir saat ərzində belə dəyişdi - FOTOLAR
-
Dünya10:30Trampın türk kürəkəni: Toyda özü də iştirak edəcək - FOTO
-
MDB09:30Rusiya vilayətlərinə kütləvi hücum: Ukrayna dronları Ural dağlarına çatdı, itkilər var














.jpg)
.jpg)




















