Maraq dünyası
Rusiya “Ölü əl”i modernləşdirdi - Yeraltı bunkerdə nə BAŞ VERİR?
Rusiyanın Ural dağlarında yerləşən və SSRİ dövründə yaradılmış “Perimetr” nüvə idarəetmə sistemi ilə əlaqələndirilən gizli yeraltı komanda kompleksi modernləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə “The Sunday Times”, Danimarkanın “Danwatch” nəşri və Rusiyanın “Dosye” Mərkəzinin birgə araşdırmasında bildirilir.
Jurnalistlər Rusiya hərbi satınalmaları ilə bağlı 2,5 milyon sənədi, peyk görüntülərini və Şimali Uraldakı Koşvinski Kamen dağının daxilində yerləşən 1335 saylı obyektə dair materialları araşdırıblar. Məlumata görə, burada son illərdə geniş tikinti və texniki işlər aparılıb.
Sənədlərdə obyekt üçün təxminən 22 min ton polad, 56 min ton sement, həmçinin soyutma, rabitə, havalandırma və həyat təminatı sistemləri üçün avadanlıqların alınması göstərilir.
“Ölü əl” sistemi nə üçündür?
Kod adı “Qrot” olan 1335 saylı obyekt “Perimetr” sistemi ilə əlaqələndirilir. Qərbdə “Dead Hand” (“Ölü əl”) adlandırılan bu sistem "soyuq müharibə" dövründə yaradılıb. Məqsəd ölkənin rəhbərliyi, komanda məntəqələri və adi rabitə xətləri məhv edilsə belə, cavab nüvə zərbəsi barədə əmrin sağ qalan raket bölmələrinə çatdırılmasını təmin etmək olub.
Araşdırmada bildirilir ki, sistemin müasir versiyası üçün yeni idarəetmə bölməsi yaradılıb və onun həm avtomatlaşdırılmış, həm də avtomatik rejimdə işləyə bildiyi iddia olunur.
Bununla belə, ekspertlər “Ölü əl”in nüvə müharibəsinə özü qərar verən tam avtonom sistem kimi təqdim edilməsinin düzgün olmadığını bildirirlər. Rusiya nüvə qüvvələri üzrə ekspert Pavel Podviq “Perimetr”in əsasən ehtiyat rabitə sistemi olduğunu və sovet dövründə son qərarın insanda qaldığını qeyd edib.
1335 saylı obyektin tikintisinə 1980-ci illərdə başlanılıb. SSRİ dağıldıqdan sonra işlər Rusiyada davam etdirilib və 2004-cü ildə “Qrot” Rusiya Silahlı Qüvvələri Baş Qərargahının ehtiyat məntəqəsi statusu alıb.
Araşdırma müəllifləri obyektin yenilənməsini Rusiyanın mümkün “başsızlaşdırıcı zərbə” zamanı nüvə qüvvələrinə nəzarətin itirilməsi ilə bağlı narahatlıqları ilə əlaqələndirirlər. Rusiya 2024-cü ilin noyabrında nüvə doktrinasını da yeniləyərək nüvə silahından istifadəyə yol verən şərtlərin dairəsini genişləndirib.
Müəllif: Adəm Abbaslı
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
































