Maraq dünyası
"iPhone"larda ciddi problem üzə çıxdı - "Apple" təcili yeniləmə yayımladı
"Apple" yeni "iPhone" modellərində aşkarlanan problemləri aradan qaldırmaq üçün iOS 27.0.1 yeniləməsini təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə "ZDNet" yazıb.
Məlumata görə, yeniləmənin əsas məqsədi yeni "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modellərində üzə çıxan kritik xətaları düzəltməkdir. Problemlərdən biri Face ID vasitəsilə üzü skan etməyə cəhd zamanı smartfonun donmasına və ya yenidən başlamasına səbəb olub.
Digər xəta isə Bildirişlər Mərkəzi ilə İdarəetmə Mərkəzinin eyni vaxtda açılması zamanı ekranın donmasına gətirib çıxarıb. Bu problem yalnız yeni modellərdə deyil, digər "iPhone"larda da müşahidə olunub.
Jurnalist Lens Uitni bildirib ki, tamamilə yeni əməliyyat sistemi və cihazlarda funksional xətaların yaranması qeyri-adi deyil. Onun sözlərinə görə, "Apple" bu problemlərə vaxtında reaksiya verib.
Şirkət eyni zamanda "iPad" planşetləri, "Mac" kompüterləri və "Vision Pro" qarışıq reallıq eynəyi üçün də yeni proqram yeniləmələri yayımlayıb.
iOS 27.0.1 yeniləməsini iPhone-da Parametrlər → Əsas → Proqram təminatının yenilənməsi bölməsindən yükləmək mümkündür.
Müəllif: Adəm Abbaslı
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
































