Maskın “Starship”i Sakit okeanda partladı: Uçuş yarıda qaldı - VİDEO
Bizi izləyin

Maraq dünyası

Maskın “Starship”i Sakit okeanda partladı: Uçuş yarıda qaldı - VİDEO

Maskın “Starship”i Sakit okeanda partladı: Uçuş yarıda qaldı - VİDEO

"SpaceX" şirkətinin amerikalı milyarder İlon Maska məxsus “Starship” kosmik gəmisi 14-cü sınaq uçuşunu başa vurduqdan sonra Sakit okeanın şimalında partlayıb.

Publika.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Məlumata görə, uçuşun müddəti mühərriklərdən birində yaranan problem səbəbindən 10 saatdan 3 saata endirilib. Buna baxmayaraq, “Starship” Havay adalarının şimalında idarə olunan şəkildə okeana enməyi bacarıb. Lakin bundan sonra gəmi çevrilib və partlayıb. İlkin məlumata görə, partlayışa gəmidə qalan yanacağın alışması səbəb olub.

Şirkət missiyanı uğurlu hesab edib. Bildirilib ki, “Starship” ilk dəfə orbitə tam şəkildə çıxıb və yeni nəsil 26 “Starlink” peykini orbitə yerləşdirib.

"SpaceX"in açıqlamasına görə, mühərrikdəki problemə baxmayaraq, uçuş “Starship” proqramında irəliləyiş nümayiş etdirib. Bu proqram gələcəkdə insanlı missiyaların Aya və Marsa göndərilməsi üçün nəzərdə tutulub.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm