Maraq dünyası
Kaşpirovski "meyitimi yandırın!" deyibmiş - Arzu reallaşacaq?
Xəbər verdiyimiz kimi məşhur Sovet psixoterapevti Anatoli Kaşpirovski vəfat edib.
Publika.az RİA Novosti-yə istinadən xəbər verir ki, o, sağikən ölümündən sonra meyitinin kremasiya olunmasını istəyibmiş. Mərhumun qardaşı oğlu Yuri Mamayev nəşrə açıqlamasında deyib ki, buna baxmayaraq hazırda ənənəvi dəfn mərasimini keçirməyi düşünürlər.
"Anatoli Mixayloviç arzularını şəxsən mənə bildirmişdi. O, təkcə mənə yox, oğlu Sergeyə də danışıb. Kaşpirovski bunu çoxdan bildirib. Üstəlik, onun konkret arzusu cəsədinin yandırılması, kremasiya olunması idi", - Mamayev deyib.
O bildirib ki, Kaşpirovskinin həyatının son illərində məşhurun vəziyyəti ilə bağlı yalan məlumatlar da yayılıb.
Məşhurun qardaşı oğlu psixoterapevtin mədə xərçəngi səbəbindən yaranan çoxsaylı orqan çatışmazlığından öldüyünü açıqlayıb.
Xatırladaq ki, Kaşpirovski 3 oktyabrda 87 yaşında vəfat edib.
Müəllif: Tural
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər




























.jpg)








