Rusiya bu görüntülərdən danışır: Ayı qadını təqib etdi - Video
Bizi izləyin

Maraq dünyası

Rusiya bu görüntülərdən danışır: Ayı qadını təqib etdi - Video

Rusiya bu görüntülərdən danışır: Ayı qadını təqib etdi - Video

Rusiyada maraqlı hadisə baş verib.

Publika.az "Gazeta"ya istinadən xəbər verir ki, Krasnoyarsk diyarının Minusinsk şəhərində peyda olan ayı küçələrdə gəzərək bir qadını təqib edib. Bununla bağlı görüntülər "Kras Mash" "Telegram" kanalında yaylandan sonra vidoe sosial şəbəkələrdə geniş yayılıb.

Qeyd edilib ki, şəhərdə hamını qorxuya salan hadisə oktyabrın 10-da səhər saatlarında baş verib.
"Sakinlərdən biri şəhərin küçələrində rahat şəkildə gəzən bir ayı görüb. Yırtıcı onu görən qadını təqib edib, lakin sürücünün siqnalı onu qorxudub", - məlumatda yazılıb.

Yerli sakinlər ayını kamera ilə çəkə biliblər. Kadrlarda heyvanın şəhərin avtomobil yolları ilə qaçması aşkar görünür. Hüquq-mühafizə orqanları və ovçular hazırda ayını axtarırlar.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm