Maraq dünyası
Məşhur aparıcının qeyri-adi həvəsi: 81 yaşında da təyyarə sükanı arxasına keçir - FOTO
“Pole Çudes” verilişinin aparıcısı Leonid Yakuboviç 81 yaşında olmasına baxmayaraq, pilotluqla məşğul olmağa davam edir.
Publika.az xəbər verir ki, o, “Gazeta.Ru”ya müsahibəsində hazırda ayda ən azı bir dəfə təyyarə idarə etdiyini bildirib.
Yakuboviçin sözlərinə görə, təyyarənin sükanı arxasında olarkən özünü tamamilə fərqli bir dünyada hiss edir. O, əvvəlki kimi tez-tez müstəqil uçmadığını, lakin “Boeing 737” simulyatorunda təlimatçı kimi fəaliyyət göstərdiyini qeyd edib.
Televiziya aparıcısı vaxtilə Kaluqa Aviasiya Məktəbində və Bıkovo Təlim Mərkəzində təhsil alıb. Onun kommersiya aviasiyasının üçüncü dərəcəli pilot sertifikatı var. "Yak-40" təyyarəsini ikinci pilot kimi idarə etmək hüququna malikdir.
Yakuboviç həyatı boyu həmçinin bir neçə helikopter və təyyarə idarə etməyi də mənimsəyib.
Müəllif: Adəm
-
Nida Xəbər 15:56Əhaliyə şad xəbər: Qaz və işıq limitlərinə yenidən baxıla bilər
-
Dünya15:38Estoniya Rusiya işğalına hazırlaşır: “Rəqəmsal səfirlik” planı
-
Nida Xəbər 14:48Neçə Milli Qəhrəmanımız sağdır? - SİYAHI
-
MDB14:12Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq
-
Rəsmi xronika13:35Prezident bu sahəyə 1 milyon manat ayırdı
-
Region13:20Ermənistan silahlı qüvvələri “fəhlə-kəndli ordusu”na çevrilir: Manukyan nəyə eyham vurur?
-
Nida Xəbər 13:08Manatın taleyi ilə bağlı mühüm qərar - Mərkəzi Bank hərəkətə keçir
-
Rəsmi xronika12:13Prezident bu qərarı təsdiqlədi














.jpg)

.jpg)























