Maraq dünyası
Həkimlərin məsləhət görmədiyi addımı atdı, 117 il yaşadı
19-cu əsrdə doğulduğu bilinən sonuncu insan kimi tarixə düşən italiyalı Emma Moranonun (1899-2017) uzunömürlülük sirləri diqqət çəkir. 117 il ömür sürən Morano uzun yaşamağını iki əsas amillə - tək yaşamaq qərarı və 90 illik qidalanma vərdişi ilə əlaqələndirirdi.
Publika.az xəbər verir ki, Birinci Dünya müharibəsindən sonra gənclik illərində qanazlığı (anemiya) diaqnozu qoyulan Morano həkim məsləhəti ilə hər gün yumurta yeməyə başlayıb. O, təxminən 90 il boyunca gündə üç yumurta (ikisi çiy, biri bişmiş olmaqla) və evdə hazırladığı ənənəvi italyan içkisi olan "qrapa" qəbul edib. Ömrünün son illərində isə gündəlik yumurta sayını ikiyə endirib.
Mütəxəssislər onun bu vərdişini təkrarlamamağı tövsiyə edirlər. Çünki çiy yumurtadakı "Salmonella" bakteriyası ağır qida zəhərlənməsinə yol aça bilər və yumurtanın mütləq bişirilərək yeyilməsi vacibdir. Həmçinin alimlər uzunömürlülüyün təkcə qidalanmadan deyil, genetika və həyat tərzindən asılı olduğunu vurğulayırlar.
Gənclik sevgisini Birinci Dünya müharibəsində itirən Morano 26 yaşında ölüm təhdidi ilə istəmədiyi bir evliliyə məcbur edilib və şiddət görüb. 1938-ci ildə altıaylıq körpəsini itirdikdən sonra həyat yoldaşından ayrılan qadın bir daha evlənməyib. O, bunu heç kimin hökmranlığı altında yaşamaq istəməməsi və azadlığına üstünlük verməsi ilə izah edirdi. (Milli.az)
-
ABŞ06:16Trampın yeni planı: Yanvarı gözləyir
-
ABŞ05:45Yadplanetlilərlə bağlı sirli sənədlər açıldı: ABŞ ordusu 1 500 hadisəni araşdırıb
-
Qoroskop00:45Günün ulduz falı: Axşam saatlarında xoş sürpriz gözlənilir
-
Dünya20 Noyabr 22:18Tramp və Si Cinpindən süni intellektlə bağlı ortaq qərar
-
Səhiyyə20 Noyabr 20:48Dərmanlar da icbari tibbi sığortaya daxil edilir - Kimlər faydalanacaq?
-
Kriminal20 Noyabr 20:00Qətlə yetirilən Gülarənin atası danışdı: Ailədə nələr yaşanıb? - Video
-
Kriminal20 Noyabr 19:10DTX-dən terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat: İki nəfər saxlanıldı - Foto
-
Nida Xəbər 20 Noyabr 15:28Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR


















.jpg)














.png)

