Maraq dünyası
Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
Psixoloji manipulyasiya hər zaman açıq münaqişələrlə ortaya çıxmır. Bəzən dostca görünən sözlər, həddindən artıq təriflər və ya guya "narahatlıq" ifadələri vasitəsilə insanın özünəinamı və sosial əlaqələri hədəf alınır.
Publika.az xəbər verir ki, psixoloqların təhlilinə görə, ətrafınızdakı gizli paxıllığı və düşmənçiliyi üzə çıxaran 7 əsas davranış aşağıdakılardır:
1. Nüfuza xələl gətirən eyhamlar
Həqiqi ittiham etmək əvəzinə, başqalarının zehnində şübhə yaradan ifadələr işlətmək. Kiminsə savadı, bacarığı ilə bağlı şübhə yaradan və ya psixoloji vəziyyəti ilə bağlı guya "narahatlıq" keçirirmiş kimi görünən sözlər zamanla həmin şəxsin nüfuzunu sarsıdır.
2. Həddindən artıq təriflə səhvləri dəstəkləmək
İnsanın təkəbbürlü davranışlarını və ya yanlış qərarlarını mütəmadi olaraq tərifləyib dəstəkləmək onu tənqidlərə qapalı edir. Həqiqi dost acı da olsa, yeri gələndə qurucu tənqid etməkdən çəkinmir.
3. "Narahatlıq" bəhanəsilə şəxsi məlumatları toplamaq
Problemlərinizlə həddindən artıq maraqlanmaq hər zaman xoş niyyət göstəricisi deyil. Şəxsi məlumatların toplanıb daha sonra əleyhinizə istifadə edilməsi manipulyasiyanın ən mühüm əlamətlərindən biridir.
4. Kritik məqamlarda özünəinamı sarsıtmaq
Vacib iş müsahibəsi, təqdimat və ya imtahan öncəsi keçmiş uğursuzluqları xatırladaraq diqqəti yayındırmaq və insanın özünəinamını zəiflətmək.
5. Uğurun qarşısını almağa yönəlmiş məsləhətlər
Sizi hədəflərinizdən çəndirməyə çalışmaq, zərərli vərdişləri təşviq etmək, intizamlı həyatdan uzaqlaşdırmaq və həvəsdən düşürən rəylər bildirmək.
6. Uğuru görməzdən gəlmək
Əldə olunan uğurları mütəmadi olaraq kiçiltmək və ya əhəmiyyətsiz kimi qələmə vermək.
7. Üçüncü şəxslərdən istifadə edərək münaqişə yaratmaq
Sözləri təhrif etmək, şayiə yaymaq və tərəfləri bir-birinə vuraraq sosial çevrənizdəki münasibətləri pozmaq.
Bu davranışların davamlılığına diqqət yetirilməli, ehtimallarla deyil, konkret faktlarla hərəkət edilməli, ehtiyac olduqda açıq ünsiyyət qurulmalı və şəxsi sərhədlər qorunmalıdır. (Milli.Az)
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO




































