Maraq dünyası
Dünyanı təəccübləndirən vəsiyyət: Ana oğlunu ChatGPT-yə əmanət etdi
Əbu-Dabidə yaşayan qadın qeyri-adi vəsiyyətnamə hazırlayıb. O, oğlu azyaşlı olduğu müddətdə vəfat edərsə, qəyyumların uşağın tərbiyəsi ilə bağlı mühüm qərarlar qəbul edərkən ChatGPT ilə məsləhətləşmələrini istəyib.
Publika.az xəbər verir ki, bu barədə “Khaleej Times” nəşri sənədi hazırlayan “Expatriate Law” şirkətinə istinadən məlumat yayıb.
Söhbət çoxsəhifəli “Arzuların icrası protokolu” adlı sənəddən gedir. Süni intellekt qəyyum olmayacaq və uşaq üzərində heç bir hüquqi səlahiyyət əldə etməyəcək. Ona yalnız məsləhətçi rolu veriləcək. Qəyyumlar ananın dəyərlərini, inanclarını və övladı ilə bağlı ümidlərini əks etdirən yazılı siyahını sistemə təqdim edəcəklər. Bununla belə, son qərar yenə də insanın özünə məxsus olacaq.
Uşağın məktəb seçimi, başqa yerə köçməsi, təxirəsalınmaz olmayan tibbi müdaxilələr, dini tərbiyəsi və ana tərəfdən qohumları ilə münasibətləri barədə qərarlar qəbul edilməzdən əvvəl çat-botla məsləhətləşmələr aparılması nəzərdə tutulur.
Uşaq yetkinlik yaşına çatana qədər qəyyum hər il vəziyyəti nəzərdən keçirəcək və ananın sənəddə qeyd olunan arzularının hələ də aktual olub-olmadığını yoxlayacaq.
“Expatriate Law” şirkətinin nümayəndələri vurğulayıblar ki, məqsəd ananın şəxsiyyətini süni şəkildə yenidən yaratmaq və ya uşağın tərbiyəsini maşına həvalə etmək deyil, onun təsirini qoruyub saxlamaqdır.
Bununla belə, sənəd hələlik qeydiyyata alınmayıb və Əbu-Dabi məhkəməsi tərəfindən təsdiqlənməyib.
Müəllif: Valeh
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi


















.jpg)
















