Maraq dünyası
2027-ci ildə “YouTube“ dəyişir - Milyonlarla istifadəçiyə təsir edəcək
"YouTube"da videoların daha az internet sərf etməsi və zəif bağlantıda belə donmadan izlənməsi mümkün olacaq. Buna yeni AV2 video formatı imkan yaradacaq. Texnologiyanın 2027-ci ilin ilk rübündə platformada istifadəyə verilməsi gözlənilir.
Publika.az “Yeni Sabah”a istinadən xəbər verir ki, AV2 video formatı Amazon, Apple, Google və Netflix kimi böyük şirkətlərin təmsil olunduğu Açıq Media Alyansı tərəfindən hazırlanıb. 2026-cı ilin iyununda təqdim edilən yeni texnologiya internet üzərindən video ötürülməsi üçün tələb olunan məlumat həcmini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.
AV2 formatı hazırda istifadə edilən AV1 standartı ilə müqayisədə eyni məlumat ötürmə sürətində daha keyfiyyətli görüntü təqdim edə bilər. YouTube-un bu texnologiyanı 2027-ci ilin ilk aylarında internet versiyasında istifadəyə verməsi gözlənilir. "Meta" və "İntel" kimi şirkətlər də yüksək görüntü keyfiyyəti və fasiləsiz video izləmə imkanlarını yaxşılaşdırmaq üçün yeni formata sərmayə yatırırlar.
AV2 texnologiyasının geniş yayılması üçün cihaz istehsalçılarının da bu formata uyğun məhsullar hazırlaması lazımdır. Hazırda televizorların və media oynadıcılarının heç biri AV2 formatında videoları birbaşa cihaz üzərində açmaq üçün lazımi aparat dəstəyinə malik deyil. Buna görə də yeni texnologiyanın bütün dünyada geniş istifadəsi bir neçə il çəkə bilər.
Yeni formatın əsas üstünlüyü məlumatları AV1 standartı ilə müqayisədə təxminən 30 faiz daha səmərəli sıxışdırmasıdır. Bu, video fayllarının daha az məlumat həcmi ilə ötürülməsinə imkan verəcək. Nəticədə internet bağlantısı zəif olduqda belə videoların daha sürətli açılması və daha az donması mümkün olacaq. Xüsusilə 4K və 8K keyfiyyətli videolara, eləcə də virtual reallıq məzmunlarına baxarkən bu texnologiyanın faydası daha çox hiss ediləcək. Belə videoların ötürülməsi üçün böyük həcmdə məlumat tələb olunur. AV2 formatının digər üstünlüyü onun açıq standart olması və istifadəsi üçün lisenziya haqqının tələb edilməməsidir. Bu da texnologiya şirkətlərinin xərclərini azaldır.
Qeyd edək ki, yeni formatın "YouTube"da istifadəyə verilməsi bütün cihazlarda dərhal işləyəcəyi demək deyil. Bunun üçün cihazların da AV2 texnologiyasını dəstəkləməsi vacibdir.
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video

















.jpg)










.jpg)









