125 milyon il gizli qalan sirr açıldı: İngiltərədə yeni dinozavr növü tapıldı
Bizi izləyin

Maraq dünyası

125 milyon il gizli qalan sirr açıldı: İngiltərədə yeni dinozavr növü tapıldı

125 milyon il gizli qalan sirr açıldı: İngiltərədə yeni dinozavr növü tapıldı

İngiltərədə alimlər elmə məlum olmayan yeni ot yeyən dinozavr növü aşkarlayıblar. Təxminən 125 milyon il əvvəl yaşamış Paludohadrosun qalıqları 2001-ci ildə Serri qraflığında kərpic zavodunun gil karxanasında tapılsa da, onun yeni növ olduğu yalnız indi müəyyən edilib.

Publika.az xəbər verir ki, London Təbiət Tarixi Muzeyi və San-Paulu Universitetinin alimlərinin araşdırması “Journal of Systematic Palaeontology” jurnalında dərc olunub.

İquanodontlar qrupuna aid olan dinozavrın uzunluğu təxminən 5 metr, çəkisi isə 1,5-2 ton olub. Sümüklərinin tam formalaşmaması onun yeniyetmə olduğunu göstərir. O, Erkən Təbaşir dövründə İngiltərənin cənubundakı bataqlıqlarda yaşayıb.

Dinozavrın növ adı fosillərin tapıldığı karxananın yaxınlığındakı kərpic zavodunun müdiri Uill Praudlovun şərəfinə verilib. O, qalıqlar aşkarlanmadan az əvvəl, 35 yaşında vəfat edib.

Alimlər bildiriblər ki, tapıntıdan cəmi 100 metr aralıda barioniks adlı yırtıcı dinozavrın qalıqları da aşkarlanıb. Tədqiqatçılar onun iquanodont balaları ilə qidalanmış ola biləcəyini istisna etmirlər.

Mütəxəssislərin sözlərinə görə, son illərdə Britaniyada yeni dinozavr cinsləri ilə bağlı bir neçə kəşf edilib. Tədqiqatçı Rikardo Sakamoto hesab edir ki, muzey kolleksiyalarında hələ elmə məlum olmayan başqa dinozavrların qalıqları da ola bilər.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm