Maraq dünyası
Qatar bu dəfə ayı vurdu - Sərnişinlər gecəni vaqonlarda keçirdilər
Yaponiyada maraqlı hadisə baş verib.
Publika.az "JR Hokkaydo"ya istinadən xəbər verir ki, ayı dəmir yolu relsinə çıxdığı üçün dəmir yolunda hərəkəti iflic edib.
Hadisə qatar Vakkanai şəhərinə doğru hərəkət edərkən baş verib. Qeyd edilib ki, insidentdən sonra sonra birinci vaqon relsdən çıxıb. Qəzada heç kim xəsarət almayıb, lakin sərnişinlər gecəni qatarda keçirməyə məcbur olublar.
"Qatar ayını vurduqdan sonra sürücü ayının yaralanacağından və onun təhlükə yarada biləcəyindən qorxub", - deyə məlumatda bildirilir.
Səhər isə bütün sərnişinlər yaxınlıqdakı stansiyalara getmələri üçün taksilərlə təmin ediliblər. Lakin dəmir yolunda xidmət hələ də bərpa olunmayıb və hərəkətin bərpasi ilə bağlı konkret tarixi də göstərilməyib.
Qeyd edək ki, Rusiyada olduğu kimi Yaponiyada da ayılar fəallaşıblar. Son bir ildə Hokkaydoda ayılarla bağlı vəziyyət daha da pisləşib. Yırtıcılar insanlara yaxınlaşır, əkinləri və meyvə bağlarını məhv edirlər.
Bu, fermerlər üçün ciddi itkilərə səbəb olur. Təkcə son maliyyə ilində heyvanlar ümumilikdə 487 milyon yendən çox ziyan vurublar. Bu ilin aprel ayının əvvəlləri ilə sentyabr ayı arasında ayı hücumları nəticəsində təxminən 30 nəfər yaralanıb.
Müəllif: Tural
-
Region10:48Hakkaridə Türkiyə əsgəri öldürüldü
-
MDB10:40Rusiya ordusu Kiyevin ən güclü İstilik Elektrik Stansiyasını vurdu
-
Hadisə10:31Şahdağa qar yağdı - Faktiki hava
-
İqtisadi gündəm10:045,03 trilyonluq zirvə: “Apple” yenidən birincidir
-
ABŞ08:15İrana yeni zərbə dalğası endiriləcək - Dəqiq tarix açıqlandı
-
Cənubi Qafqaz07:35“Azərbaycanın istədiyi Konstitusiya bizi alt-üst edəcək!” - Karapetyan
-
Magazin204:30“Taxt oyunları”nın ulduzu Kiyevdə sığınacaqda - Foto
-
Hadisə02:19Səfirliyimiz önündə iranpərəstlər təxribata cəhd etdilər



































.jpg)
.jpg)
