Rusiya ABŞ-ı məhv etməyə qadirdir, amma... – Putinin yeni modeli və DƏHŞƏTLİ PROQNOZLAR
Bizi izləyin

MDB

Rusiya ABŞ-ı məhv etməyə qadirdir, amma... – Putinin yeni modeli və DƏHŞƏTLİ PROQNOZLAR

Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə “yeni əla qələbələr” qazanmaq gücündə deyil.

Publika.az xəbər verir ki, bunu “Obozrevatel” nəşrinə müsahibəsində Rusiya politoloqu və siyasətçisi Andrey Piontkovskiy deyib.

Onun sözlərinə görə, Kremlin başçısı bundan şəxsi hakimiyyətinin möhkəmləndirilməsi üçün başqa modeldən istifadə etmək niyyətindədir. Politoloqun fikrincə, bu model, Putinin 2014-cü il “Rus baharı” nümunəsindən prinsipial olaraq fərqlənir.

“2014-cü ildə Putin və bütün Rusiya siyasi sinfi eyforiyanın pikində idi: “Rus dünyası”, Ukraynanın 12 vilayətindən ibarət “Novorossiya”, nəhayət, Baltikyanı region üçün təhdid. Onlar bu haqda tamamilə ciddi düşünürdülər. Amma o, çox tez anladı ki, bu, mümkün deyil” - o əlavə edib.

Sonrakı hadisələr, politoloqun fikrincə, göstərdi ki, “rus dünyası” ideyası ukraynalılara ilham vermədi.

“Və diqqəti “metafizik məğlubiyyət”dən yayındırmaq cəhdi üçün Suriyada keçirilən hərbi əməliyyat da həmçinin uğurlu deyildi”, - Piontkovskiy deyib.

Onun qiymətləndirilmələrinə görə, Qərb Putinə daha heç bir qələbəninn qazanmasına icazə verməyəcək. Politoloq qeyd edib ki, Putin Mariupola, ya da Kiyevə girməyə cəzarət etməyəcək, çünki Qərbin reaksiyasının çoxplanlı - hərbi və iqtisadi olacağını, nəticədə, bu reaksiyanın onun hakimiyyəti üçün dağıdıcı olacağını anlayır.

“Mən Vaşinqtonda idim. Bundan başqa, gündəlik insanlarla ünsiyyət saxlayıram və bunu hiss edirəm: burada Putinə bir ay əvvəl olduğundan tamamilə başqa münasibət var. Hansısa sərhədi keçiblər. Solsberidə kimyəvi silahla hücum son damcı idi. Onlar hiss etdilər ki, bu, ciddi təhlükədir və ona qarşı durmaq lazımdır”, - müxalifətçi vurğulayıb.

Politoloqun həmçinin qeyd edir ki, Vladimir Putin Qərblə qarşıdurmanın səviyyəsinin artımına şüurlu olaraq gedir.

“O, nüvə şantajı ilə 2014-cü ildən məşğul olur. Məlumdur ki, Rusiya Krım əməliyyatı və yarımadanın zəbt edilməsini nəzərə alaraq, nüvə qoşunlarını döyüş hazırlığı vəziyyətinə gətirib çıxardı. Amma bu şantaj heç vaxt son günlərdə olduğu kimi açıq və psixoloji deyildi”, - Piontkovskiy vurğulayıb.

Eyni zamanda politoloq əlavə edib, Putin “Rusiya ABŞ-ı məhv etməyə qadirdir” deyəndə vergülü qoymağa və davam etməyə unudur ki, həmçinin Birləşmiş Ştatlar Rusiyanı məhv edə bilər.

“Məsələ yalnız nüanslardadır: Rusiya ABŞ-ı 10 dəfə, ABŞ Rusiyanı 15 dəfə məhv edə bilər. Və ya əksinə. Hələlik o, intihar və ya özünə qəsd edən deyil. Amma o, hədələyir: əgər mənimlə ciddi məşğul olacaqlarsa, dünya yox olacaq. Çünki bu, hakimiyyətdə qalmağın tək üsuludur. O, əhaliyə hansı gündəliyi təklif edə bilər?” - Piontkovskiy qeyd edib.

Xatırladaq ki, Putin Rusiya təbliğatçısı Vladimir Solovyevin “Dünya nizamı: 2018” filmində cavab nüvə zərbəsinin vurulması imkanını şərh edib:

“Bəli, bu, bəşəriyyət üçün qlobal faciə olacaq. Amma Rusiya vətəndaşı kimi, Rusiya dövlətinin başçısı kimi bir sual qoymaq istəyirəm: əgər Rusiya olmayacaqsa, belə dünya bizim nəyimizə lazımdır?”

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm