Ermənistan PKK terrorçularına belə dəstək verir - Prezident AÇIQLADI
Bizi izləyin

MDB

Ermənistan PKK terrorçularına belə dəstək verir - Prezident AÇIQLADI

PKK terror təşkilatına qoşulan və Suriya ilə İraqda mübarizə aparan terrorçular Ermənistan vasitəsilə Ukrayna və Avropaya keçir.

Publika.az xəbər verir ki, bu iddia beynəlxalq qondarma erməni iddiaları ilə mübarizə mərkəzi ASİM-DER-in prezidenti Göksəl Gülbəy tərəfindən irəli sürülüb.

Prezident bildirib ki, Ukraynanın Avropa İttifaqı ölkələri ilə vizasız səyahət razılaşması var. Buna görə də qərb ölkələrinə keçid daha asandır: “Ancaq qərb ölkələri özlərinə böyük bir problem yaratmış olurlar. Türkiyə tərəfi bu keçidləri əngəlləmək və torpaqlarından terrorçuların keçməsini dayandırmaq üçün mübarizə aparır. Fəqət, bu terrorçuların hamısının qarşısını almaq çətindir. Ukrayna pasportu almaq orada çox asandır, buna görə də terrorçular Ukraynaya gedir. Əsas problem yüzlərlə terrorçunun dünyanın fərqli nöqtələrindən bu bölgəyə gəlməsidir. Bu durumda Avropa İttifaqı üçün də təhlükəsizlik mövzusunda ciddi problemlər ortaya çıxacaq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm