MDB
“Yetkin” Jirinovskinin bu təklifi SİZİ GÜLDÜRƏCƏK: “60 yaşa qədər…”
Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski uşaqlıq yaşının 30-a qədər uzadılmasının perspektivi haqqında Rusiyanın Səhiyyə Nazirliyinin başçısı Veronika Skvortsovanın fikirlərini dəstəkləyib.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bundan başqa, o Rusiya vətəndaşları üçün başqa yaş kateqoriyalarını da genişləndirməyi təklif edib.
“Biz qalan yaş qrupların çərçivələrini genişləndirək. 30 yaşdan 60 yaşa qədər olan dövrü cavanlıq mərhələsi adlandırmaq olar. 90 yaşa qədər olan dövr yetkinlik, bundan sonrakı dövr isə qocalıqdır”, - siyasətçi bildirib.
Jirinovskinin özünün hazırda 72 yaşı var. Siyasətçinin təklifinə əsasən, o, yetkinlik kateqoriyasına düşür.
Xatırladaq ki, Veronika Skvortsova gələcəkdə 30 yaşa qədər dövr uşaqlıq dövrü hesab ediləcəyini deyib.
“Uşaqlıq, Böyük Vətən Müharibəsinin başlanğıcında 14 il, 1960-cı illərdə 16 il təşkil edirdi, indi isə bütün dünyada 21-ci ildir. Gələcəkdə ən azı 25-30 il olacaq”, - Skvortsova bildirib.
Daha əvvəl Rusiya prezidenti Vladimir Putin 2024-cü ilə kimi hökumətə orta ömrün 78 yaşa qədər artımını təmin etməyi tapşırıb.
Ömər Dağlı
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ