MDB
Türkiyə Rusiyadan "Su-57" ala bilər
Türkiyə ABŞ istehsalı olan "F-35" qırıcılarının əvəzində Rusiyanın "Su-57" qırıcılarını ala bilər.
Əgər ABŞ Rusiyadan "S-400" zenit-raket komplekslərinin alınması ilə əlaqədar "F-35"-lərin Türkiyəyə satışına mane olarsa, bu halda Ankara Rusiyadan "Su-57" qırıcılarının alınmasına dair qərar qəbul edə bilər.
Qeyd edək ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya "S-400"-lərin Türkiyəyə satışı ilə bağlı kredit müqaviləsi imzalayıb. Türkiyə Rusiyadan iki "S-400" batareyası alacaq. Tərəflər "S-400"-lərin Türkiyədə istehsalı sahəsində də əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Rusiyadan "S-400"-lərin alınması məsələsi ilə bağlı ABŞ və NATOrəsmiləri dəfələrlə Türkiyəni tənqid ediblər. ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell bildirib ki, "S-400"-lərin alınması Türkiyədən ABŞ-dan "F-35" tədarük etməsinə mənfi təsir göstərəcək. ABŞ Nümayəndələr Palatası da Rusiyadan "S-400"-lər alınacağı təqdirdə Türkiyəyə "F-35" qırıcılarının satışına qadağa qoyulması barədə qanun layihəsini qəbul edib. Qanun layihəsi növbəti mərhələdə Senatda müzakirəyə çıxarılacaq. Yekun mərhələdə isə bu sənədi ABŞ prezidenti imzalamalıdır. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, əgər ABŞ "F-35" qırıcılarının satışına mane olarsa, Ankara cavab addımları atacaq. (APA)
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ