Putin və Trampın görüş tarixi məlum oldu – KREML
Bizi izləyin

MDB

Putin və Trampın görüş tarixi məlum oldu – KREML

Moskva və Vaşinqton Rusiya və ABŞ prezidentləri – Vladimir Putin və Donald Trampın görüşünün yeri və tarixi haqqında razılaşıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.

“Bu məsələ aramızda bağlı kanallar üzrə çoxdan müzakirə edilir. Deyə bilərəm ki, sammitin keçirilməsi haqqında razılıq, hətta onun vaxtı və yeri haqqında razılıq əldə olunub. Razılaşmanı amerikalı həmkarımızla birgə sabah elan edəcəyik”, - o jurnalistlərə deyib.

Uşakov dəqiqləşdirib ki, görüş üçüncü ölkədə keçəcək.

Bazar günü Avstriyanın “Kronen Zeitung” qəzeti bildirib ki, mümkün sammitin keçirilmə yer Vyana ola bilər. Daha sonra məlumatlı mənbələrə istinadən “Politico” nəşri ehtimal edilən kimi görüş yeri kimi Helsinkinin adını çəkib.

Moskva və Vaşinqtonda bu informasiyaları hələ şərh etməyiblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm