Rusiya Türkiyəyə təklif göndərdi - ABŞ hiddətlənəcək
Bizi izləyin

MDB

Rusiya Türkiyəyə təklif göndərdi - ABŞ hiddətlənəcək

ABŞ-ın Türkiyəyə maliyyə sanksiyası tətbiq etməsi Türkiyə ilə Rusiya münasibətlərini yaxın müstəviyə çəkib.

Publika.az xəbər verir ki, Rusiya Türkiyənin bəzi kateqoriyadakı vətəndaşlarına viza verməyi asanlaşdıra biləcəyini bildirib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bu addımın ABŞ-ı daha da qəzəbləndirəcəyi gözlənilir. Çünki ABŞ daha öncə Türkiyənin Rusiyanın istehsal etdiyi S-400 raketdən müdafiə sistemini almasına da sərt reaksiya vermişdi. ABŞ bu ölkəyə tətbiq etdiyi maliyyə sanksiyalarını qaldırmaq üçün Türkiyənin qarşısına 8 şərt qoyub. Bunlardan biri də məhz S-400-lərlə bağlıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm