Sarkisyan Moskvaya gizli səfər etdi - Danışıqların detalları AÇIQLANDI
Bizi izləyin

MDB

Sarkisyan Moskvaya gizli səfər etdi - Danışıqların detalları AÇIQLANDI

Ermənistan prezidenti Armen Sarkisyan bu həftənin əvvəlində Moskvada səfərdə olub.

Publika.az xəbər verir ki, bu haqda “Kommersant” nəşrinə Rusiyanın dövlət strukturlarındakı mənbələr bildirib.

O Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov və onun müavini Qriqor Karasin ilə görüşüb. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, danışıqların mərkəzində Rusiya-Ermənistan münasibətləri, mümkün parlament seçkiləri ərəfəsində Ermənistandakı vəziyyət və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov ətrafındakı vəziyyətin müzakirəsi olub.

Armen Sarkisyanın Moskvaya Nyu-York və Paris səfərlərindən sonra baş çəkməsi diqqət çəkir. Ermənistan prezidenti iyulda Moskvada işgüzar səfərdə olub. Bu dəfə isə səfərlə bağlı informasiya yayılmayıb, danışıqların qeyri-formal statusa malik olduğu bildirilir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm