Bu razılaşma Moskvanı QISQANDIRACAQ: Ukrayna və ABŞ...
Bizi izləyin

MDB

Bu razılaşma Moskvanı QISQANDIRACAQ: Ukrayna və ABŞ...

Kiyev və Vaşinqton arasında strateji əməkdaşlıq komissiyasının işi yenilənib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

“Noyabrın 16-da xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda strateji əməkdaşlıq komissiyasının iclasının keçirilməsi haqqında razılıq əldə edildi. Komissiya demək olar ki, 10 il əvvəl işinə başlamışdı və bu gün onun işinin yenilənməsi razılaşdırıldı. Bu, Ukrayna və ABŞ arasında əməkdaşlığın strateji xarakter daşımasının simvoludur”, - Poroşenko Parisdə brifinqdə deyib.

Qeyd edək ki, Ukrayna prezidenti Parisdə Birinci dünya müharibəsinin başa çatmasının 100-cü ildönümü ilə bağlı keçirilən tədbirlər çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm