MDB
Minsk formatı dəyişdirilə bilər - Ərazilərin qaytarılması üçün Putinlə RAZILAŞMA
Dövlət başçısı olacağı halda, Donbasda atəşin dayandırılması haqqında Rusiya tərəfiylə razılaşmağa çalışacaq.
Publika.az xəbər verir ki, bunu “Ukrainskiy Pravda” qəzetinə müsahibəsində Ukrayna prezidentliyinə namizəd, şoumen Vladimir Zelenski bildirib.
“Hər şeydən əvvəl istəyirəm ki, atəş dayandırılsın. Bu razılaşma, düşünürəm ki, çox da çətin deyil. Fikrimcə, razılaşmaq olar. Birinci, öldürməyi dayandırmaq lazımdır. İnsanlarımızı qorumaq əhəmiyyətlidir”, - o deyib.
Prezidentliyə namizədin sözlərinə görə, Minsk razılaşmalarına ümid bəsləyir. Şoumen Minsk formatına (Rusiya, Ukrayna, Fransa və Almaniya təmsil olunur – red.) başqa qərb ölkələrinin də cəlb edilə biləcəyini söyləyib.
Bununla belə, Zelenski Donbasda döyüşçülərin amnistiyası haqqında istənilən təklifi rədd edib: “Onlar bizim insanlarımızı öldürürdülər. Əlbəttə, heç kəs buna getməyəcək!”
“Bütün əraziləri qaytarmaq üçün hər şeyi maksimal etmək lazımdır”, - o əlavə edib.
Ömər
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”