MDB
Saakaşvili Ali Radanı Kiyevdən köçürməyi təklif etdi
Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ali Radanı (parlament) Kiyevdən köçürməyi təklif edib.
Publika.az xəbər verir ki, o, bu haqda “112 Ukrayna” telekanalının efirində bildirib.
Saakaşvili nümunə olaraq gürcü parlamentinin köçürüldüyü Kutaisi şəhərini göstərib. Onun fikrncə, “hər şeyi təmiz vərəqdən başlamaq üçün” Ali Radanın binasını Ukrayna paytaxtının hüdudlarından çıxarmaq lazımdır.
Qeyd edək ki, iyunun 13-də Saakaşvili və onun “Yeni güclərin hərəkatı” partiyasının Ali Radaya seçkilərdə iştirak edəcəyi məlum olub. Mixail Saakaşvili mayın 29-da Ukraynaya qayıdıb. Bir gün əvvəl isə prezident Vladimir Zelenski ona vətəndaşlığı qaytarıb. Siyasətçi 2017-ci ildə keçmiş prezident Petro Poroşenkonun imzaladığı fərmanla Ukrayna vətəndaşlığından məhrum edilmişdi.
-
Region15:10Ermənistanın "dolu lənət"i davam edir - VİDEO
-
Region14:5313 yaşlı qız enerji içkilərinin qurbanı oldu - Futbol klublarına çağırılırmış
-
Region14:14Turistlər Opera Teatrının qarşısında ölümcül döyüldülər - VİDEO
-
Avropa13:50Qara dənizdə nə baş verir? - NATO təyyarəsindən qeyri-adi uçuş
-
Ekologiya13:20Sabahın hava proqnozu açıqlandı
-
Səhiyyə13:00Xəstəxanaların həyətində xoşagəlməz görüntülər - Orqan qalıqları... (VİDEO)
-
Yaxın Şərq11:53Hörmüz boğazı yaxınlığında neft tankerləri minaya düşdü
-
Art11:36Ayaz Salayev: İttifaq ölüb! - Müsahibə




































