Səhiyyə
Qaraciyərin sadiq “dostu” - Ölüm ehtimalını azaldır
Yeni araşdırmaya görə, hətta kofeinsiz kofe istehlakı belə qaraciyər sirrozu, xərçəng və qaraciyər xəstəliklərindən ölüm riskinin azalmasına kömək edir. Qeyd olunur ki, kofe istehlakı qaraciyər xəstəlikləri riskinin azalmasına müsbət təsir göstərir.
Publika.az xəbər verir ki, araşdırma "Clinical Gastroenterology and Hepatology" tibbi jurnalında dər olunub.
Nəticələr göstərir ki, kofe istehlakı qaraciyər sirrozu, xərçəngin inkişafı və qaraciyər xəstəlikləri ilə bağlı ölüm ehtimalının azalmasına şərait yaradır.
"Euronews"un məlumatına görə, alimlər "UK Biobank"ın 350 mindən çox iştirakçısının məlumatlarını təhlil ediblər. Araşdırmanın əvvəlində iştirakçılarda nə sirroz, nə də qaraciyər xərçəngi olub və onlar 13 il ərzində izləniliblər. Məlum olub ki, gündə beş və daha çox fincan kofe içən insanlarda sirroz riski 32%, qaraciyər xərçəngi ehtimalı 47% daha aşağı olub, qaraciyər xəstəlikləri ilə bağlı ölüm halları isə 42% azalıb.
2023-cü ilin araşdırması göstərib ki, qaraciyər xəstəlikləri hər il iki milyon insanın ölümünə səbəb olur ki, bu da dünyadakı bütün ölüm hallarının 4%-ni təşkil edir. Bu ölümlərin təxminən üçdə ikisi kişilərin payına düşür.
Daha çox kofe içən iştirakçılarda qaraciyərdə daha aşağı yağ və dəmir səviyyələri, həmçinin fibroz və qaraciyər iltihabı üçün daha aşağı göstəricilər qeydə alınıb.
Kofe həvəskarlarının qan analizləri qaraciyərin sağlam fəaliyyəti ilə bağlı zülalların daha yüksək, çapıqlaşma və iltihabla əlaqəli zülalların isə daha aşağı səviyyədə olduğunu göstərib.
Araşdırmanın aparıcı müəllifi Cu Don Yanq bildirib: "Məlumatlarımız bu içkini artıq sevən və yaxşı qəbul edən insanlar üçün mülayim kofe istehlakının faydasını təsdiqləyir".
O, əlavə edib: "Bununla belə, yalnız bu araşdırmaya əsaslanaraq, biz heç kimə sırf qaraciyəri qorumaq üçün kofe içməyə başlamağı məsləhət görməzdik".
Həm kofeinli, həm də kofeinsiz kofe oxşar əlaqələr göstərib, bu da içkinin faydasının təkcə kofein tərkibi ilə bağlı olmadığını sübut edir.
İşin müəllifi Şelli Luya görə, kofe qaraciyərin vəziyyətinə iltihab və çapıqlaşma mexanizmləri vasitəsilə təsir edir ki, bu da gələcək araşdırmaların istiqamətlərini müəyyən etməyə və onun ən çox kimə fayda verdiyini daha yaxşı başa düşməyə imkan verir.
Ən bariz əlaqə gündə təxminən üç-dörd fincan kofe istehlakı zamanı müşahidə olunub; lakin mülayim istehlak belə – gündə bir-iki fincan – qaraciyər xəstəlikləri riskinin əhəmiyyətli dərəcədə azalması ilə əlaqələndirilib.
Yanq vurğulayıb ki, profilaktika yenə də sağlam çəkinin qorunması, spirtli içki istifadəsinin məhdudlaşdırılması, müntəzəm fiziki aktivlik və qanda şəkər səviyyəsinin, arterial təzyiqin və xolesterinin nəzarətdə saxlanılmasına əsaslanmalıdır.
Kofeinin həddindən artıq istehlakı ürəkdöyünmə, ürəyin işinin pozulması, arterial təzyiqin yüksəlməsi, narahatlıq və yuxu pozğunluqlarına səbəb ola bilər.
Ümumilikdə, böyüklərin əksəriyyəti üçün gündə 400 milliqrama qədər kofein dozası təhlükəsiz hesab olunur; bu, təxminən dörd fincan çay və ya kofe deməkdir.
Hüseyn İbadlı
-
Dünya08:36Məşhur aktyor maşını ilə 20 yaşlı qızı vurub qaçdı - 10 ilədək həbs gözləyir
-
Səhiyyə07:30Qaraciyərin sadiq “dostu” - Ölüm ehtimalını azaldır
-
Magazin206:16Daha bir serial eşqi gerçək oldu
-
İKT04:14Teleqramdan möhtəşəm yeniliklər
-
Sosial01:41Etibarsız vəsiqə və 21 dəqiqəlik xəstəxana ziyarəti - "Arzum"un məhkəmə işində ŞOK DETALLAR
-
Qoroskop00:30Günün ULDUZ FALI - Əla fürsət yaxalaya bilərsiniz
-
Region14 İyul 23:12Güclü zəlzələ Kahramanmaraşı yenə silkələdi
-
Magazin114 İyul 23:00"10 il zülm çəkdim" - Mirkamil səhhətindən danışdı

















.jpg)




















