İdman
“Qarabağ”ın oyununa biletlər bu gün satışa çıxarılacaq
Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – ÇSKA (Sofiya) oyununun biletləri iyulun 18-də saat 15:00-dan etibarən satışa çıxarılacaq.
Publika.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna standart biletlərin qiymətləri 5, 10, 15 və 20 manat təşkil edəcək.
VIP sektorlar üçün biletlər 50, 75 və 100 manata, VVIP sektorlar üçün isə 150 manata satılacaq. VVIP sektora bilet alan azarkeşlər üçün həmin zonada çay süfrəsi də təşkil olunacaq.
Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Onlayn alış zamanı çətinlik yaranacağı təqdirdə azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
Klub azarkeşlərə saxta biletlərə aldanmamağı tövsiyə edib. Bildirilib ki, stadiona giriş yalnız etibarlı QR kodu olan biletlərlə mümkün olacaq.
-
İdman00:15"Qarabağ"dan gedən Abdullah Zubirlə bağlı YENİ XƏBƏR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Magazin18 Sentyabr 23:48Nuranın oğlu bu ölkədə təhsil alacaq
-
Hadisə8 Sentyabr 23:36“Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın FOTOLARI
-
Dünya8 Sentyabr 23:00BMT Trampın Aya dair iddialarına cavab verdi
-
Hadisə8 Sentyabr 21:24“Şəki yaylası”nda 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ
-
Avropa8 Sentyabr 20:24Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - FOTO
-
MDB8 Sentyabr 15:00Zelenski bəyan etdi: Bu iki məsələdə güzəştə hazırıq




















.jpg)




.jpg)



.png)




