MDB
Kreml Paşinyana xəbərdarlıq etdi - Bişkek görüşünün PƏRDƏARXASI
Qırğızıstanda keçmiş prezidentin həbsi ilə bağlı yaşanan olaylara baxmayaraq, Bişkekdə Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrin baş nazirlərinin toplantısı keçirilib. Toplantı çərçivəsində Rusiyanın baş naziri Dmitri Medvedyev erməni həmkarı Nikol Paşinyanla görüşüb. Hər iki baş nazir iki ölkə arasındakı münasibətlərin dinamikasından razılığını bildirib. Görüşdə bu cümləyə zəruri əlavə də edilib: “Rusiya-Ermənistan strateji əlaqələrinin gücləndirilməsi və inkişafı üçün fəal iş davam etdirilməlidir”. Bunu Kremlin Paşinyana qardaş məsələhəti və ya xəbərdarlığı kimi də dəyərləndirmək olar.
Publika.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu bildirib.
"Bəs Paşinyan nədər razılığını bildirib?
Birincisi, Paşinyan rusyali turistlərin Ermənistana artan axınından razılığını ifadə edib. Bu ilin ilk 6 ayında Rusiyadan Ermənistana gedən turistlərin sayı ötən ilin eyni dönəmi ilə müqayisədə 19 faiz artıb. Halbuki, eyni dövrdə Ermənistana gedən ümumi turistlərin sayındakı artım cəmi 12 faizdir.
İkincisi, Paşinyan Rusiya-Gürcüstan sərhəddindəki “Yuxarı Lars” məntəqəsinin işlənməsi ilə bağlı yaranan sualların həlli mexanizmindən razıdır. Paşinyanın bu məntəqə ilə bağlı narahatlığı anlaşılandır. Qış aylarında bu məntəqənin işi yenə iflic olacaq və Rusiya ilə idxal-ixrac əməliyyatları Ermənistan üçün çətinləşəcək. Ona görə də İrəvan Tiflis və Moskva ilə birgə indidən “Yuxarı Lars” məsələsinin həlli yollarını müzakirə edir. İrəvanın ən böyük istəyi “Yuxarı Lars"a alternativ yolun işə düşməsidir", - politoloq qeyd edib.
-
Ekologiya13:30
Zirəddin "dəhşətli zəlzələ olacaq" dedi: Seysmoloji Xidmətdən reaksiya gəldi
-
İdman13:24
ÇL-in qalibi olan məşhur futbolçu görün Amazon cəngəlliklərində nə işlə məşğuldur - FOTOLAR
-
İdman13:05
Məşhur türk AFFA rəhbərliyini biabır etdi: Nə istədikləri bəlli deyil
-
Dünya12:52
Əsədin Türkiyə planı illər sonra üzə çıxdı: bu qüvvələrə silah verərək... - DETALLAR
-
Hadisə12:18
"Vaqner"çilərin valideynləri Bakıda toplaşdılar - VİDEO
-
Region12:00
Ermənistan geri çəkildi: Bunu etməyə cəsarəti çatmadı
-
Dünya11:00
Tramp Putini təhdid etmişdi: Moskvadan ilk açıqlama gəldi
-
MDB10:30
2025-ci ildə dünyanı nə gözləyir? - Rusiya kəşfiyyatı rəsmən açıqladı