Rövşən Əsgərov Rusiyada terrorçular siyahısına daxil edildi
Bizi izləyin

MDB

Rövşən Əsgərov Rusiyada terrorçular siyahısına daxil edildi

"Nə? Harada? Nə vaxt?" intellektual yarışmasının oyunçusu Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb.

Publika.az xəbər verir ki, bu barədə Rosfinmonitorinq məlumat yayıb.

Xatırladaq ki, R. Əsgərov 2022-ci ildə Rusiyada xarici agent kimi tanınıb və sonradan federal axtarışa verilib.

Rusiya hüquq-mühafizə orqanları Rövşən Əsgərova qarşı "nasizmin reabilitasiyası"na görə cinayət işi açıb. Müstəntiqlərin fikrincə, Əsgərov özünün Facebook səhifəsində böyük rus sərkərdəsi və Vətənin müdafiəçisi, Sovet İttifaqının marşalı Georgi Konstantinoviç Jukovun xatirəsini təhqir edən və böhtan atan qəsdən yalan məlumat yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm