Kommunal borcu olanlara bu qadağa qoyuldu
Bizi izləyin

MDB

Kommunal borcu olanlara bu qadağa qoyuldu

Kommunal xidmətlərə görə xeyli miqdarda borcu olan Ukrayna vətəndaşları xaricə getmək hüququndan məhrum edilir və nəqliyyat vasitələri müsadirə olunur.

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu ölkənin Ədliyyə naziri Denis Malyuska deyib.

Onun sözlərinə görə, hər bir vətəndaşın nə qədər vəsaiti olmasını öyrənmək çətin deyil: “Buna bənzər tədbirlər külli miqdarda borcu olan vətəndaşlara tətbiq edilir. Onlar pensiya alan şəxslər qədər ödəniş etmir. Halbuki, pensiyaçılar nümunəvi vətəndaşlardır”.

Qeyd edək ki, 2020-ci ilin mart ayında Ukrayna əhalisinin mənzil-kommunal xidmətlərə olan ümumi borcu əvvəlki aya nisbətən 1,8% azalaraq 60,2 milyard qrivna təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm