Qazaxıstan bu məhsulların ölkədən çıxışına qadağa qoydu
Bizi izləyin

MDB

Qazaxıstan bu məhsulların ölkədən çıxışına qadağa qoydu

Qazaxıstan noyabrın 21-dən etibarən bir sıra neft məhsullarının ölkədən ixracına məhdudiyyət müddətini 6 aylıq artırıb.

Publika.az xəbər verir ki, Qazaxıstan Energetika Nazirliyinin yaydığı məlumatda Qazaxıstan ərazisindən avtomobil nəqliyyat vasitələri ilə benzin, dizel yanacağı və bəzi neft məhsullarının (mal nomenklaturası 2709, 2710, 2902, 3403, 3811, 3826) ixracına 6 ay müddətinə qadağa qoyulduğu bildirilir.

Məhdudiyyət, istehsalçı tərəfindən avtomobil nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş və texniki şərtlərə uyğun olaraq avtomobilə quraşdırılmış benzin çənində və həcmi 20 litrdən çox olmayan qablarda daşınan neft məhsullarına aid deyil.

Xatırladaq ki, bu il mayın 9-da Qazaxıstan hakimiyyəti altı ay müddətinə avtomobil yolu ilə respublikadan benzin, dizel yanacağı və bəzi neft məhsullarının ixracına qadağa qoyulmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm