MDB
Qaraqalpaqıstanda fövqəladə vəziyyət elan edildi

Özbəkistan prezidenti Şavkat Mirziyoyev kütləvi etirazlarla əlaqədar Qaraqalpaqıstanda fövqəladə vəziyyət elan edib.
Publika.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Şerzod Əsədov məlumat yayıb.
O qeyd edib ki, Özbəkistan prezidentinin fərmanı ilə 2022-ci il iyulun 3-dən avqustun 2-dək Qaraqalpaqıstan ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Onun sözlərinə görə, belə bir qərarın qəbul edilməsində əsas məqsəd vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarının qorunması, asayişin bərpasıdır.
Xatırladaq ki, bu gün məlum olub ki , Qaraqalpaqıstan (Özbəkistan) muxtar respublikasında statusunu dəyişdirəcək konstitusiya islahatına qarşı nadir ictimai etiraz aksiyası keçirilib.
Hazırkı konstitusiyada bu bölgənin öz suverenliyi və referendumla ayrılmaq hüququ var. Yeniliklər Qaraqalpaqstanın suverenliyini və öz müqəddəratını təyinetmə hüququnu ləğv etməyi təklif edirdi.
Prezident Mirziyoyev daha sonra Qaraqalpaqıstanda etirazlara səbəb olan konstitusiya dəyişikliklərinin ləğvini təklif edib.
Hüseyn İbadlı

-
Qoroskop00:45
Günün ULDUZ FALI: belə addım atsanız, münaqişə yarana bilər
-
İdman00:23
Qurban Qurbanov: "Asan qələbə olmadı, futbolçularımı qucaqlayıram"
-
Rəsmi xronika00:13
İlham Əliyev Konyada Rəcəb Tayyib Ərdoğanla görüşdü - FOTO
-
Nida Xəbər 9 Avqust 23:24
Mehriban Əliyeva İslamiadanın açılış mərasimindən paylaşım etdi - FOTO
-
ABŞ9 Avqust 22:48
Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokollar imzaladı
-
Hadisə9 Avqust 22:42
Yevlaxdakı yanğınla bağlı bir nəfər saxlanıldı - RƏSMİ
-
Art9 Avqust 22:32
Azərbaycanın Əməkdar rəssamı vəfat etdi - FOTO
-
Avropa9 Avqust 20:24
Ukraynada “Bayraktar” istehsalı bu tarixdən BAŞLAYACAQ