Britaniya kəşfiyyatı: Rusiya Krıma yanacaq tədarükü üçün mühüm kanalı itirdi
Bizi izləyin

MDB

Britaniya kəşfiyyatı: Rusiya Krıma yanacaq tədarükü üçün mühüm kanalı itirdi

Ukrayna əsgərləri Krımda Rusiya ordusunu təchiz edən və mayeləşdirilmiş qaz daşıyan “Slavyanin” dəmir yolu bərəsini zədələyib.

Publika.az xəbər verir ki, b u barədə Britaniya hərbi kəşfiyyatının hesabatında deyilir.

“2024-cü il iyulun 23-də Ukrayna qüvvələri Rusiyanın Kavkaz limanında “Slavyanin” dəmir yolu bərəsini zədələyib. Bu zərbə, demək olar ki, Rusiya üçün Ukraynanın cənubundakı işğalçı qüvvələrin təchizatında və maye qazın regional ixracında əlavə logistik problemlər yaradacaq”, - hesabatda qeyd olunur.

Mayın sonunda Ukraynanın hücumu nəticəsində daha iki oxşar gəmiyə ciddi ziyan dəydiyi üçün “Slavyanin” bərəsi bu tipli yeganə gəmi kimi Kavkaz limanına göndərilib. Kəşfiyyat hesab edir ki, Rusiya ordusu indi təchizatı bərpa etmək üçün Kerç boğazı üzərindəki körpüdən istifadə etməyə məcbur olacaq.

“Çox güman ki, Rusiya 2022-ci ilin oktyabrında körpüyə hücumdan sonra yanacaq qatarlarının Kerç körpüsü ilə hərəkətini riskə atmalı olacaq”, - hesabatda vurğulanır.

Daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk bildirib ki, Rusiya Qafqaz limanına hücumdan sonra Azov dənizindən bütün hərbi gəmilərini geri çəkib.

“Yəni əvvəlki iki dəmir yolu bərəsi zədələnənə qədər beynəlxalq daşımalarda istifadə olunub. O, Rusiya Federasiyasının hərbi logistika maraqları üçün istifadə edilib və əslində materik dəmir yolunu Krım dəmir yolu ilə birləşdirən yeganə element idi”, - o qeyd edib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Krasnodar diyarında bərə gəmisinə uğurlu hücum barədə məlumat verib.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm